«Louis Vuitton Moet Hennessy» (LVMH) şirkətinin rəhbəri, Avropanın ən varlı adamı sayılan Bernar Arnonun sərvəti daha da artıb.
Eləcə də bax: «Samsung» şirkətinin rəhbəri - Vəfat Edib
FED.az «Forbes»a istinadən xəbər verir ki, son həftə onun sərvəti daha 8 milyard dollar yüksəlib. Qeyd edək ki, LVMH qrupu «Bulgari», «Guerlain» və «Dom Pérignon» kimi brendlərin sahibidir.
Ötən həftə şirkət elan edib ki, koronavirus pandemiyasınabaxmayaraq, bu sahənin dirçəlməsi əlavmətləri görünməyə başlayıb. Bu bəyanatdan sonra «LVMH»in səhmlərinin qiyməti artıb.
Belə ki, 15-22 oktyabr tarixlərində «LVMH» qrupunun səhmlərinin qiyməti 6% yüksəlib.
Doğrudur, oktyabrın 15-də LVMH elan etmişdi ki, bu ilin ilk 9 ayında satış həcmi ötən illə müqayisədə 21% azalıb. Belə ki, kosmetika, içkilər, zərgərlik məmulatları, eləcə də pərakəndə satışlar ötən ilin eyni dövründən daha aşağı olub. Bununla yanaşı, geyim və dəri məmulatlarının satışı 12% artıb, bu həm də «Louis Vuitton» və «Dior»un satışlarının artması hesabına baş verib.
Avropanın ən varlı şəxsi sayılan Bernar Arno may ayında ultra varlı – statusunu özünə qaytarıb – həmin vaxt onun sərvəti yenidən 100 milyard dolları keçib. Hazırda «Forbes»in tərtib etdiyi və daim yenilənən varlılar siyahısında Arno 122,3 mildyard dollar vəsaitlə ikinci yeri tutur. Birinci yerdə isə «Amazon»un sahibi Ceff Bezosdur - 188,6 milyard dollar.