ABŞ-ın Whole Foods mağazalar şəbəkəsi 2020-ci ildə orqanik qida səhəsində trend olacaq 10 məhsulun siyahısını tərtib edib.
FED.az biznes portalı «Forbes»ə istinadən xəbər verir ki, «Whole Foods» mütəxəssislərinin fikrincə, 2020-ci ildə kafe və restoranlarda müştərilər alkoqolsuz içkilərə «hə» deməyə, adi uşaq menyusu ilə vidalaşmağa və Qərbi Afrika mətbəxi ilə tanış olmağa hazır olmalıdırlar.
Eləcə də bax: KFC və Burger King süni ətə keçir – YENİ BİZNES BAŞLAYIB
1.Məhsul istehsalında regenerativ kənd təsərrüfatı texnologiyalarından istifadə artacaq.
2020-ci ildə regenerativ kənd təsərrüfatında məhsul yetişdirən istehsalçı daha çox olacaq. Ekologiya və ətraf mühitin qorunmasına diqqət meyli davam edəcək və buna görə də özünü böyüdə bilən əkinçilik sistemləri daha aktuallaşacaqdır.
2. Qərbi Afrika mətbəxi populyarlıq qazanacaq
Qərbi Afrika ölkələri dünya mətbəxinə yeni məhsullar və yeməklər təqdim edəcəklər. Söhbət ilk növbədə superfoodlardan - moringa (kərəvizə bənzər bir bitki), phonio (taxıl), darı, teff (taxıl) və tamarinddan (xurmaya bənzəyən lobya) gedir.
Eləcə də bax: İnəksiz süd istehsalı – SÜD BAZARI DƏYİŞİR, YENİ BİZNES
3. Milleniallar indiyədək məşhur olan uşaq menyusunu kənara atacaqlar
Ənənəvi uşaq menyusu dəyişir. Mütəxəssislər qeyd edirlər ki, millenial valideynlər daha istəmirlər ki, onların uşaqları «ən kiçik»ər üçün olan xüsusi yeməklər yesinlər. Çox vaxt ata-analar uşağına özləri yedikləri yeməkləri verməyi istəyirlər. Nəticədə klassik uşaq menyusu da dəyişiləcək. Məsələn, burada sümüksüz balıq çubuqları, orqanik toyuq naqqetsləri və alternativ undan tortlar olacaq.
4. Cümə günləri alkoqolsuz içkilərin sayışı kəskin artacaq.
Getdikcə daha çox insan dostlarla görüşlərdə və partilərdə spirtli içəkilərdən imtina edir. Buna görə, kokteyl siyahılarında daha çox sərinləşdirici alkoqolsuz içkilərin adları görünəcək.
5. Kərə yağı lider mövqeyini itirməyə başlayacaq
Vegan qidalarının populyarlığının artması yağ istehsalçılarından da yan keçməyəcək. Hazırkı kərə və bitki yağları dəbdən düşəcək və onların yerini tutan yağlar daha populyar olacaq. Söhbət qoz-fındıq və paxlalıların yağından gedir. Eləcə də kafe-restoran və supermarket müştəriləri palma yağından da imtina etməyə başlayacaqlar.
6. Buğda unu alternativ variantlarla əvəz olunacaq
Buğda ununu əvəz etmək üçün ilk növbədə badam, kokos, hətta banan unu gələcəkdir! Bu, özünü yalnız çörək bişirilməsi üçün un satışında deyil, hazır məhsullarda, məsələn, çip və krakerlərdə istifadəyə də aiddir. Getdikcə daha çox müştəri alternativ undan hazırlanan qəlyanaltı, məsələn sneklər (undan hazırlanan çubuqlar və ya xırt-xırt fiqurlular) yemək istəyəcək.
7. Qəlyanaltılar və sneklər soyuducuda saxlanacaq
Qida sektorunda ən maraqlı yeniliklərdən biri qəlyanaltılar və sneklərin tərkibində baş verəcək. Qəlyanaltılar sağlam və dietik qidalara çevriləcək - müasir istehlakçılar meyvə və tərəvəz olan qəlyanaltılara üstünlük verirlər. Ona görə də, hazırda soyuducudan kənarda saxlanıla bilən suxariklər, krakerlər və çiplər sürətlə populyarlığını itirəcək. Onları tərkibində meyvə-tərəvəz olan qəlyanaltılar əvəz edəcək ki, onları da hökmən soyuducuda saclamaq lazım olacaq.
8. Soya daha bitki zülalı üçün əsas mənbə olmayacaq
Soya tez-tez allergiyaya səbəb olduğundan sağlam qida həvəskarları ona əvəz tapmağa çalışırlar. İlk növbədə söhbət paxlalılar və avokadodan gedir. Bu trend davam edəcək və soya getdikcə, veqanlar arasında birinciliyini itirəcək.
9. Burger istehsalçıları bitki əti və tərəvəzlərə üstünlük verəcəklər
Bitki ətinin populyarlığı artır. Burger istehsalçıları təkcə alternativ kotletlər satmayacaqlar. Onlar həm də yeməkdə ətin miqdarı ilə eksperiment aparacaqlar. Boşqabda mal əti və tərəvəzin nisbəti ikincinin xeyrinə dəyişməyə başlayacaq.
10. Təmizlənmiş şəkər öz yerini alternativ şərbətlərə verəcək
Meyvələrdən, kokosdan, şirin kartofdan və xurmadan hazırlanan siroplar indiyədək vərdiş etdiyimiz rafinə olunmuş şəkəri süfrədən kənarlaşdarmağa başlayacaq. Onlardan istifadə edənlər təkcə hazır məhsul istehsalçıları deyil, alıcıların özləri də ev mətbəxlərində şərbətlərə üstünlük verəcəklər.