2016-cı il üçün kiçik bizneslə bağlı 50 cərəyan və proqnozlar
Bu məqalədə biznes sahiblərinin, peşəkarların və ekspertlərin 2016-ci il üzrə kiçik biznes ilə bağlı verdiyi proqnozlardan və gözləntilərdən danışacaq, bu il ərzində kiçik biznes sahiblərinin öz maliyyə işlərini yaxşılaşdırması üçün nə etməli olacaqlarını nəzərdən keçirəcəyik. Nəticədə, özünüz də görüb anlayacaqsınız ki, 2016-cı il yeni imkanlarla, eyni zamanda dəf edilməsi zəruri olan maneələrlə zəngin bir il kimi yadda qalacaq.
Biznesiniz üçün zəruri ola biləcək 50 əsas fikir, cərəyan və proqnozları nəzərinizə çatdırmaq istərdik.
Bu məqalədə biznes sahiblərinin, peşəkarların və ekspertlərin 2016-ci il üzrə kiçik biznes ilə bağlı verdiyi proqnozlardan və gözləntilərdən danışacaq, bu il ərzində kiçik biznes sahiblərinin öz maliyyə işlərini yaxşılaşdırması üçün nə etməli olacaqlarını nəzərdən keçirəcəyik. Nəticədə, özünüz də görüb anlayacaqsınız ki, 2016-cı il yeni imkanlarla, eyni zamanda dəf edilməsi zəruri olan maneələrlə zəngin bir il kimi yadda qalacaq.
Biznesiniz üçün zəruri ola biləcək 50 əsas fikir, cərəyan və proqnozları nəzərinizə çatdırmaq istərdik.
- Biznes mühiti – gözləntilərdən biri kiçik biznesin artması olacaqdır:
- Biznes mühiti ilə əlaqədar fikir ondan ibarətdir ki, yeni ilə qədər kiçik bizneslərin sayı artacaqdır.
Kiçik bizneslər əsasən yeni avadanlıqlar və daşınmaz əmlak almaqla, yeni işçilər işə götürməklə, inventarların sayını artırmaqla və s. yollarla gələcəyə investisiya qoymaqda köməklik edirlər.
- Tələbə uyğun çatdırılma və logistika kiçik bizneslərlə bağlı genişlənəcəkdir.
2016-cı ildə bir çox kiçik bizneslər yeni tələbə uyğun çatdırılma və logistika xidmətlərindən daha geniş istifadəyə üstünlük verməyə başlamışdır və bu tendensiya ilin sonuna qədər daha da artacaqdır. Bu xidmətlərə UberRUSH və Amazon Flex kimi xidmətləri nümunə göstərmək olar. Onların əsas üstünlüyü istifadədə asan və rahat olmalarıdır.
- Eyni gün ərzində beynəlxalq çatdırılma və qitələrarası satış xidmətləri də artacaqdır
Bir çox şirkətlər “gün ərzində çatdırma” xidmətini təklif edir ki, bu da bir şirkət kimi onların üstünlüklərindən biridir. 2016-cı ildə kiçik bizneslə məşğul olan şirkətlər yeni çatdırılma texnologiyaları və xidmətlərini təklif etməyə meyllidirlər, çünki bu texnologiya və xidmətlər vaxta qənaət etməyə, müştəri məmnunluğunu təmin etməyə və öz məhsul və xidmətlərini genişləndirərək yeni bazarlara çıxmağa köməklik göstərəcəkdir.
- İnsan resursları dəyişən əmək resurslarına uyğunlaşacaqdır
"İşə götürmə prosesi (xüsusilə də yüksək bacarıq və peşəkarlıq tələb edən işlərə) çətinləşəcəkdir və bu da vakansiyaların uzun müddət açıq qalmasına təkan verəcəkdir. İşə götürmək xərcləri müvafiq olaraq artacaq, bu da rekruitinq xərclərinin artması və maaşların qaldırılması üzrə təzyiqlə əlaqədar olaraq baş verəcəkdir. Buna görə də kiçik biznes sahibkarları və rəhbərlik rekruitinq funksiyaları ilə bağlı yeni texnologiyalardan istifadə edərək bir sıra inzibati və digər əmək yönümlü funksiyaların çoxusunu avtomatlaşdıracaqlar.
- Satış sahəsində demoqrafik artım dövründə meydana gələn bəzi bizneslər yoxa çıxacağına görə digər bir çox bizneslər satış sahəsinə daxil olacaq və satış imkanları axtarmağa başlayacaqlar.
Artıq yetkin bizneslərin bir çoxu satılacaq və bu da bizneslərin dəyərdən düşməsinə gətirib çıxaracaqdır. Buna görə də tab gətirə bilən bizneslər mütləq yeni imkanlar axtarmağa başlamalıdırlar.
- Xırda bizneslər müştərilərinin daha diqqətli seçimi ilə üzləşəcəklər.
Kiçik bizneslə məşğul olan şirkətlər sifarişçilərdən yüksək tələblərin gəlməsinə hazırlıqlı olmalıdırlar. Əvvəllər tələb və şikayətlərə o qədər də məhəl qoyulmurdu, lakin gələcəkdə bu vəziyyət dəyişəcəkdir. Müştərilərin əsl ədalətlə və şikayətlərə cavab vermə ilə bağlı tələbləri yüksək olduğundan onların şikayətlərinə vaxtında baxıb cavablandırmaq və xüsusi diqqət ayırmaq lazım olacaqdır. Müştərilərini itirməmək üçün hər bir müştəriyə xüsusi diqqət və qayğının göstərilməsi əsas şərt halına gələcəkdir.
- Hərçənd internet əlaqələri, internetin rolu artıb, insanların bir-birilə canlı əlaqələri və ünsiyyəti yenə də ən vacib element olaraq ilk sıralarda qalır.
İnternet aləmindəki yeniliklərə, ondan istifadənin geniş şəkil almasına baxmayaraq insanlarla üz-üzə, göz-gözə əlaqə yenə də ən mühüm element olaraq qalır.
Xərcləri azaltmaq üçün daha çox texnologiyalara müraciət edilməsi və müştərilərin çoxsaylı yeni variantlardan istifadə etməsi markaya olan sadiqliyi yox edən bir uçurum vəziyyətini yaradır. Biznesin çox axtarılan özülü (açarı) isə insanlarla canlı əlaqə qurmaq və həmin əlaqəni qoruyub saxlamaqdır. İstənilən şirkət öz müştərisinin önəmli olduğunu nümayiş etdirməli, müştərisinin ziyarətinin vacib olduğunu ona hiss etdirməli və satışlardan əlavə həmçinin onun da vacib olduğunu göstərməyə davam etməlidir.
Xərcləri azaltmaq üçün daha çox texnologiyalara müraciət edilməsi və müştərilərin çoxsaylı yeni variantlardan istifadə etməsi markaya olan sadiqliyi yox edən bir uçurum vəziyyətini yaradır. Biznesin çox axtarılan özülü (açarı) isə insanlarla canlı əlaqə qurmaq və həmin əlaqəni qoruyub saxlamaqdır. İstənilən şirkət öz müştərisinin önəmli olduğunu nümayiş etdirməli, müştərisinin ziyarətinin vacib olduğunu ona hiss etdirməli və satışlardan əlavə həmçinin onun da vacib olduğunu göstərməyə davam etməlidir.
- Siyasət və qanunvericilik
- Əmək qanunvericiliyi
İş yerləri barədə qanunun III maddəsi və şəxsi kapitalın kraudfandinqi kiçik biznes fəaliyyəti ilə məşğul olan şirkətlər, o cümlədən yeni şirkətlər üçün işləyəcəkdir. Deməli, burada önəmli məqamlardan biri kapitalın kraudfandinqidir ki, bunun köməyilə kiçik bizneslər və startaplar üçün zəruri rol oynayan investisiyaları artırmaq mümkün olacaqdır.
Nəticədə, hər bir biznesin kraudfandinq yolu ilə öz investisiyalarını qaldırmaq imkanı yaranacaqdır. Bura hətta orta təbəqəli, akkreditasiya keçməmiş investorları da aid etmək olar.
Nəticədə, hər bir biznesin kraudfandinq yolu ilə öz investisiyalarını qaldırmaq imkanı yaranacaqdır. Bura hətta orta təbəqəli, akkreditasiya keçməmiş investorları da aid etmək olar.
- Aşağı əmək haqlarının qaldırılması ilə bağlı reaksiyalar qiymətlərin qalxmasına təkan verəcək və avtomatlaşma prosesini artıracaqdır.
Ümumiyyətlə, görünür ki, bu trend artıq öz işini görüb və minimal əmək haqlarına olan təzyiq artıbdır. Heç şübhəsiz iş səmərəsini artırmağın üsulları arasında riteyl qiymətlərinin qalxması da yer tutacaqdır. Digər nəzərəçarpan dəyişikliklər sırasında işçiləri əvəzləyən köşklərin satınalınması və ya qeyri-zəruri əməliyyatların azaldılması vardır.
- Həm mövcud, həm də gələcək dövlət siyasəti iş yerindəki dəyişikliklərə təsir edəcəkdir
"Siyasətlər, taktikalar dəyişəcək. Xırda bizneslər minimal əmək haqqı, overtaym hesablamaları (overtaym qaydaları artan xərclərin maliyyələşdirilməsi deməkdir) və ödənişli xəstəlik məzuniyyətləri ilə bağlı siyasətlərlə (taktikalarla) əlaqədar qanunvericiliyə uyğunlaşmaqda çətinlik çəkəcəklər. Bu siyasətlərdən əlavə çox sürətlə dəyişən qanunlar vardır ki, xırda bizneslərin bu qaydalara uyğunluqlarını təmin etmək üçün müvafiq HR heyətləri yoxdur.
- Patentlərlə bağlı yeni reformalar gözlənilir və bu da xırda bizneslər üçün əlverişsiz şərait yarada bilər.
Siyasi proseslərdə pulun əhəmiyyəti xırda bizneslər üçün əlverişsiz şərait yaradır və nəticədə iri bizneslər onları sıxışdırıb çıxarır.
- Kiber təhlükəsizlik
- Bizneslər öz məlumatlarının təhlükəsizliyini təmin etməli və yeni mobil strategiyaları həyata keçirməlidirlər
Bütün dünyada hüquq normaları və məlumatların qorunması sahəsində sürətlə gedən inkişaf fonunda istər böyük, istər kiçik ölçülü bizneslər məlumatlarını daha təhlükəsiz şəraitdə saxlamaqdan ötrü tədbirləri artırmalı, bu məsələyə xüsusi diqqət və maliyyə resursları ayırmalıdırlar. Eyni zamanda bizneslər müştəri məlumatlarının gizliliyini və o cümlədən məlumat təhlükəsizliyi praktikalarının şəffaflığını təmin etməkdən ötrü yüksək səy göstərməlidirlər.
- Daha çox “bulud əsaslı xidmətlər”in mövcudluğu daha güclü kiber təhlükəsizliyinin təmin edilməli olmasına dəlalət edir
Növbəti illər bulud əsaslı xidmətlər göstərən şirkətlərin sayı getdikcə artacaq və 2016-da fəaliyyətə başlayan startaplar “bulud nəslinin” bir hissəsi olacaqlar. Buna görə də çox yüksək hiper artımın əldə olunacağı gözlənilir.
Beləliklə, kiber hücumları dəf edə bilmək üçün xırda və orta bizneslər öz kiber təhlükəsizliyini möhkəmləndirməlidirlər, çünki 2016-cı ildə hədəfdə ən çox kiçik bizneslər olduğundan belə kiber hücumların məhz onlara qarşı olacağı gözlənilir. Bu tipli hücumlar Avstraliyada fəaliyyət göstərən kiçik bizneslərə qarşı da edilmişdi (məsələn: Cryptowall). Nəticədə avstraliyalı biznes sahibkarları çoxlu miqdarda pul itirmişdilər. Nəzərə alsaq ki, Avstraliyada yaşamaq xərcləri çox yüksəkdir, belə bir halın baş verməsi qətiyyən xoşagəlməzdir. Buna görə kiber təhlükəsizliyini ən yüksək şəkildə təmin etmək lazımdır ki, kiber cinayətkarları məxfi məlumatları, o cümlədən yüksək məbləğdə pulları hesablardan qırıb götürməsinlər. Eyni hal Avropa və Amerika üçün də keçərlidir. Orada fəaliyyət göstərən biznes sahibkarları da bu tipli kiber hücumlardan özlərini qorumaq üçün yalnız yüksək kiber təhlükəsizliyini təmin etməlidirlər.
Beləliklə, kiber hücumları dəf edə bilmək üçün xırda və orta bizneslər öz kiber təhlükəsizliyini möhkəmləndirməlidirlər, çünki 2016-cı ildə hədəfdə ən çox kiçik bizneslər olduğundan belə kiber hücumların məhz onlara qarşı olacağı gözlənilir. Bu tipli hücumlar Avstraliyada fəaliyyət göstərən kiçik bizneslərə qarşı da edilmişdi (məsələn: Cryptowall). Nəticədə avstraliyalı biznes sahibkarları çoxlu miqdarda pul itirmişdilər. Nəzərə alsaq ki, Avstraliyada yaşamaq xərcləri çox yüksəkdir, belə bir halın baş verməsi qətiyyən xoşagəlməzdir. Buna görə kiber təhlükəsizliyini ən yüksək şəkildə təmin etmək lazımdır ki, kiber cinayətkarları məxfi məlumatları, o cümlədən yüksək məbləğdə pulları hesablardan qırıb götürməsinlər. Eyni hal Avropa və Amerika üçün də keçərlidir. Orada fəaliyyət göstərən biznes sahibkarları da bu tipli kiber hücumlardan özlərini qorumaq üçün yalnız yüksək kiber təhlükəsizliyini təmin etməlidirlər.
- Rəqəmsallaşan dünyada baş verənlər onu göstərir ki, kiber təhlükəsizliyini təmin etmək çox vacibdir.
Bu cür təhlükəsizliyin təmin edilməsi məlumatların oğurlanmasının,qarşısını qismən alacaqdır.
- Mobil dünyası:
Bu sahədə imkanlar sonsuzdur. Real-vaxt tipli mobil marketinq xidmətindən və çoxməqsədli müştəri xidmətindən tutmuş müxtəlif tipli xidmətlər tətbiq olunur. O cümlədən, mobil tətbiqli vebsaytlar və SEO sistemləri mühüm marketinq alətləri rolunu oynayacaqlar.
Buna görə də 2016-cı ildə kiçik tipli bizneslər əsas vaxtlarını və resurslarını marketinq və brendinqi inkişaf etdirmək üçün mobil aləmin imkanlarından istifadəyə yönəltməlidirlər. Google şirkətinin yeni Mobil Optimizasiya Təlimatları vardır. Bunun mənası isə mobil dizaynı olmayan vebsəhifələrin SEO sıralamasında ciddi problemlərlə üzləşəcəyi anlamına gəlir; yəni nəticədə şirkətinizin adı mobil qurğunun axtarış bölməsində çıxmaya bilər.
Buna görə də 2016-cı ildə kiçik tipli bizneslər əsas vaxtlarını və resurslarını marketinq və brendinqi inkişaf etdirmək üçün mobil aləmin imkanlarından istifadəyə yönəltməlidirlər. Google şirkətinin yeni Mobil Optimizasiya Təlimatları vardır. Bunun mənası isə mobil dizaynı olmayan vebsəhifələrin SEO sıralamasında ciddi problemlərlə üzləşəcəyi anlamına gəlir; yəni nəticədə şirkətinizin adı mobil qurğunun axtarış bölməsində çıxmaya bilər.
- Milenyum nəsli 2016-cı ildə kiçik bizneslərdə mobil vasitələrin istifadə edilməsi fikrinə üstünlük verir
"Mobil cihazların köməyilə sürətli və cəld müdaxiləyə, o cümlədən istifadəyə üstünlük verən qrupun, yəni milenyum nəslinin artan nüfuzu 2016-cı ildə kiçik bizneslərin müştəri ilə işləmə yollarına nəzərəçarpan dərəcədə təsir edəcəkdir. Xüsusilə xidmət sahələri üzrə bizneslər mobil istifadəçisi olan müştərilərinə daha səmərəli şəkildə xidmət etməyə çalışacaqlar və ya öz şirkətlərini qoruyub saxlaya bilmək üçün riskdən uzaqlaşdıran addımlar atacaqlar.
- Kiçik bizneslər 2016-cı ildə mobil texnologiya ilə bağlı növbəti böyük addımı atacaqlar
"Aparılan tədqiqatlar göstərir ki, kiçik bizneslərin azı 60%-i mobil həllərin önəmli olduğunu düşünür. Habelə, çoxları texnologiyanın təklif etdiyi faydalardan tam istifadə edə bilməmişdir. Mobil həllərdən istifadədə asan olan CRM, müştəri cəlb edilməsi və biznesin idarəedilməsi bacarıqları ilə birgə istifadəsi vasitəsilə bugünün məşğul kiçik biznes personalı öz bizneslərinin bütün əsas və zəruri aspektlərini mobil cihaz vasitəsilə həm ev, həm ofis, həm də istənilən yerdən, həm də saatlar sonra idarə etməyə qadirdir.
- Mobil artan dərəcədə zəruri təmas nöqtəsidir
"2016-ci ilin trendləri arasında öz müştəriləri üçün mobil təcrübəyə əhəmiyyət verən brendlərin artan əhəmiyyətinin olduğunu görə bilərik. Biznes məkanında bir çox alışlar (alqı ilə bağlı qərarlar) məhz mobil cihazlar vasitəsilə baş tutur və bütün sahələrdən olan şirkətlər də bununla uyğunlaşmalıdır, yoxsa onlar sıradan çıxma təhlükəsiylə üzləşəcəklər.
- Sadəcə mobillə deyil, sürətli mobil əhatəsi ilə əhatə olunun
"2015-ci ildə biznes sahibkarları üçün böyük trend mobil tətbiqli vebsəhifəlr yaratmaq idisə, 2016-cı ilin yeni trendi daha sürətli səhifə yükləmə müddətinin olmasıdır. Google şirkəti bunu sürətli mobil səhifələr layihəsi və ya AMP HTML adlandırır.
- Analitik təhlillər:
- Analitik təhlillər xərclərə qənaət etmək baxımından daha münasib olacaq və kiçik bizneslərə daha yaxşı xidmət edəcəkdir.
Bununla da kiçik biznes sahibkarları daha çox məlumatlandırılmış olacaq və daha dəqiq qərarlar qəbul edə biləcəklər. İllər boyunca belə vasitələr çox bahalı sistem, çox ixtisaslı və peşəkar tərtibatçılar və dizaynerlər tələb edirdi, lakin indi bu alətləri çox asan şəkildə öz saytınıza əlavə edə və 10 dəqiqə ərzində test edib sınaqdan keçirə bilərsiniz.
- Emosional analitikanın artımı baş verəcək
- Proqnozlaşdırılan analitika daha çox xarici mənbələrdən məlumatı da daxil etməklə genişləndiriləcəkdir.
Bu istiqamət 2016-cı ildə daha da təkmilləşdiriləcəkdir.
- Data (məlumatlar toplusu) və “Bulud”
- Bulud hesablaması və veb-əsaslı inkişaf davam edəcəkdir
Bu tipli xidmətlərin tətbiqi sürətlə davam edəcək və səmərəliliyi, eləcə də kapital axınını artıracaqdır.
- Kiçik bizneslər fərdi və hibrid bulud hostinqini seçmək imkanına malik olacaq
Bu həll yollarından və bulud texnologiyasından istifadə öz məlumat bazanızı daha çox təhlükəsizlikdə saxlamağa, daim ona nəzarət etməyə yardım edəcəkdir.
- Bulud məlumat təhlükəsizliyini təmin etməklə əlaqədar xüsusi diqqət mərkəzində olacaqdır
Əslində, kiçik bizneslər belə düşünməsə də onlar böyük bizneslərdən fərqli olaraq daha böyük risk altında olurlar. Ona görə də bulud texnologiyasının bir normaya çevrildiyi 2016-cı ildə kiçik bizneslərin diqqət mərkəzində olmalı məsələ məhz məlumat təhlükəsizliyinin təmin edilməsi məsələsidir. Əks halda, onlar kiber hücumlarla üzləşəcək və buna müqavimət göstərə bilməyəcəklər ki, nəticədə investisiyalarının böyük hissəsini itirə bilərlər.
- Bulud şirkətləri təhlükəsizlik və artımın təmin edilməsində böyük rol oynayacaqlar
Rəqabətyönümlü mühitdə kiçik bizneslər onlara daha səmərəli və effektiv fəaliyyət göstərə biləcək, xərclərini azaldacaq və gəlirlərini artıracaq texnologiyalar axtarırlar. Bu texnologiyalar da məhz bulud texnologiyalarıdır ki, artım və səmərəliliyi yüksəldir, o cümlədən bazarda daha böyük yer tutmağa xidmət edir.
- Yuxarı səviyyəli yeni domenlərin artımı
Kiçik bizneslər .com tipli adlardan başqa, həmçinin digər, məsələn coğrafi istiqaməti müəyyən edən “.nyc” və ya peşəni bildirən “.lawyer” tipli, domenlərdən istifadəni genişləndirə bilərlər.
- Texnologiya
- Ən son texnologiyaların köməyilə asan giriş imkanı əsas üstünlüyə çevriləcəkdir.
Square, Bitcoin currency, Apple/Google ödəmə üsulları kimi yeni onlayn ödəniş üsullarından istifadə edən şirkətlər daha çox rəqabətə davamlı olacaqlar.
- Yeni ödəniş texnologiyası yavaş-yavaş transaksiyaların həyata keçmə üsulunu dəyişəcəkdir.
Məsələn, keçən ilin ən böyük nailiyyətlərindən biri POS (satış nöqtəsi)-də baş verən dəyişikliklər idi ki, bu da riteylerlərə ödəniş sistemi ilə bağlı çoxlu imkanlar öyrətmiş oldu. Bu proses uzun müddətli mənimsəmə mərhələsinə qədəm qoydu. Bu il isə EMV çipləri, mobil ödəmə sistemləri, bütün istiqamətlərdə ticarət, elektron ticarətin təhlükəsizliyi və artımı kiçik bizneslərə təsir edəcəkdir.
- Təhlükəsizliklə bağlı narahatlıqlar proqram təminatından servis həllərinin istifadəsi kimi genişlənəcəkdir
SaaS əsaslı həllər artacaq və bu da öz növbəsində məhsuldarlığın və innovasiyanın artmasına gətirib çıxaracaqdır.
- Texnologiya kiçik biznesin canlanmasını gücləndirəcəkdir
Artıq indi adi proqram təminatı tətbiqlərini təkmilləşdirmək və işləyib hazırlamaq çox asan olmuşdur. Nəticədə, kiçik bizneslər də həmin vasitələrdən istifadə etməklə nəinki rəqabətə davam gətirə, o cümlədən inkişaf edib çiçəklənə də bilər.
- Texnologiyalar inkişaf etdiyindən, ya bizneslər bunları tətbiq etməyi bacaracaqlar, ya da məhv olub sıradan çıxacaqlar.
Yeni texnologiyaları tətbiq etməyi öyrənmək lazımdır, əks təqdirdə rəqabətə davam gətirməyib sıradan çıxmaq təhlükəsi artacaqdır.
- Kiçik bizneslər yeni texnologiyalara uyğunlaşmağa davam edəcəklər
Mobil alış-veriş və araşdırmalar artmağa davam etdiyinə görə mobil ödəmələr də artacaq və müştərilər öz mobil qurğularında şopinq edərkən bu yeni sistemlərə uyğunlaşmalı olacaqlar (xüsusilə də Facebook və Pinterest vasitəsilə).
- Bütün istiqamətlərə yönəlmiş kommersiya ticarəti kiçik biznes tranzaksiyalarında böyük rol oynayacaqdır.
2016-cı ildə kiçik biznes sahibkarları öz müştəriləri üçün hər cür şərait yaratmağa, onların istənilən yerdən və ya istənilən üsulla, məsələn, mağazada, onlayn və ya mobil telefonda və bir çox digər yollarla alış-veriş etmələrini sadələşdirməyə, əlverişli və mümkün etməyə çalışacaqlar. POS terminallar və elektron ticarət sistemləri də bu proseslərin sadələşdirilməsinə şərait yaradacaqdır.
- Əməkdaşlıq və sosial məsuliyyət:
- Əməkdaşlıq və sosial məsuliyyət artaraq çox mühüm rol oynayacaqlar
İnsanlar nəinki özlərinin, o cümlədən böyüyərək inkişaf edən cəmiyyətin bir hissəsi olacaq və şirkətdəki vəzifələrindən asılı olmayaraq brendlərə sahiblənmək hissinə də malik olacaq, müştəriləri, bütün dünya və özləri üçün çalışmağı qarşılarına bir vahid məqsəd olaraq qoyacaqlar.
- Yeni nəsil dəyərlərə yönəlmiş fəlsəfənin olmasını tələb edəcək, buna görə də böyük və kiçik bizneslər birgə əməkdaşlıq etməlidirlər.
Bizneslərdən güclü şirkət fəlsəfəsinin, şərəf, ləyaqət və ruhlandırma kimi əsas dəyərlərin və mənfəətin olması gözləniləcəkdir. Kiçik bizneslər də öz aralarında əməkdaşlıq edəcək və genişmiqyaslı startap mədəniyyətini inkişaf etdirəcəklər.
- Əməkdaşlıq kiçik bizneslərə borc vermə prosesini müəyyənlədirməyə təkan verəcəkdir
Maliyyə xidmətləri göstərərək, ənənəvi banklar ən ağıllı və sürətli üsullarla kiçik bizneslərə borc vermək üçün alternativ maliyyə şirkətləri ilə əməkdaşlıq edəcəklər.
- Bizneslər inkişaf etdikcə sosial ədalət üzərində fokslanacaqlar.
Bizneslər inkişaf etdikcə elə xidmət və məhsul yaratmalıdırlar ki, bu da öz növbəsində aclıq və kasıblığı kafiliyə və qənaətbəxşliyə, müharibəni sülhə, faciəvi iqlim dəyişikliklərini planetar balansa çevirə bilsin.
- Vendorlar (satıcılar) və kiçik bizneslər əvvəlkindən də sıx şəkildə bir-birilə bağlı olacaqlar
- Marketinq və reklam :
- Rəqəmsal marketinq insan əlaqələrinin, münasibətlərinin dəyərinin artacağına dəlalət edir.
Burada əsas məsələ bu qədər səs-küyün və tələbatın içində kiçik biznesləri bazara çıxarıb irəli çəkməkdən ibarətdir. Bu da çox vaxt ənənəvi metodlara əl atmaqla mümkün olur. Ənənəvi metod dedikdə, müştərilərlə üz-üzə münasibətlər qurmaq və şifahi yolla (yəni “ağızdan-ağıza reklam”) marketinqi irəli çəkmək başa düşülməlidir.
- Daha çox konsolidasiya vurğulanan onlayn marketinq deməkdir
Nəinki veb səhifənin olması, o cümlədən mobil axtarış sisteminin olması da zəruridir. Bütün bunlar mütləq sosial media və digər şəbəkələrlə bağlı olmalıdır. Bu cür marketinq kanallarının olması rəqabətə davam gətirən bizneslər sırasında olmağınızı təmin edə bilər.
- Kiçik bizneslər öz marketinq üstünlüyünü anlamağa davam edəcəkdir
İctimai əlaqələr və sosial media çox proqressiv şəkildə artmağa davam edir. Kiçik bizneslər də onların əhəmiyyətini başa düşür və əsas dinləyiciləri cəlb edən daha müasir alətlərdən, məsələn: Kickstarter, YouTube, kontent marketinqi və sosial reklam kimi əsas alətlərdən istifadə edəcəkdir.
- Reklam bloklayan proqram təminatı marketinq strategiyaları barədə yenidən düşünməyin gərəkməsi deməkdir
Bu cür onlayn proqram təminatları kiçik biznes sahibkarlarına çox böyük təsir edəcəkdir. Qeyd edək ki, mobil reklamların 93%-i Firefox və Chrome-da bloka düşür və iOS 9 tətbiqi də bu prosesin daha da çətinləşməsini sürətləndirir. Buna görə uyğunlaşma strategiyaları barədə düşünmək lazımdır.
- Yerli marketinq, interaktiv kontent (məzmun), artan axtarışlar və remarketinq - bütün bunlar hamısı mühüm rol oynayacaqdır.
- Remarketinq əsas reklam alətlərindən birinə çevriləcəkdir.
- Kiçik müəssisələrdə videomarketinqin rolu artacaqdır.
Mənbə: www.businessnewsdaily.com