Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Biznes tarixi

  1. Ana səhifə
  2. Biznes tarixi
  1. Biznes tarixi

“Four Seasons Hotel Baku”nun yerindəki qədim binanın və “Azneft”in binasının sahibi – Bəxt Ulduzu Birdən Parlayan Neftxuda

“Four Seasons Hotel Baku”nun yerindəki qədim binanın və “Azneft”in binasının sahibi – Bəxt Ulduzu Birdən Parlayan Neftxuda | FED.az
11:30 6 Dek 2021

FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən  Seyid Mirbabayev haqda yazını təqdim edir: 

Eləcə də bax: Almaniyada 7 zavodun meneceri olan azərbaycanlı – MÜSAHİBƏ

Seyid Mirbabayev- bəxt ulduzu birdən parlayan neftxudalardan biri.

Əvvəllər xanəndə olmuş Seyidin səsi o qədər sevilib ki, Varşavada, Fransada, Latviyada səsini qramofon vallarına yazıb, birə iki, birə üç qiymətə satırdılar. O dövrün varlı insanları Seyidi tez-tez öz məclislərinə çağırıb, çoxlu pul, qiymətli hədiyyələr verərdilər.

Xatırladaq ki, Seyid Mirbabayevin səsi 1906-1910-cu illərdə dünyanın bir çox şirkətləri tərəfindən vallara köçürülüb. Həmin səs yazıları hal-hazırda Respublika Dövlət Səs Yazıları Arxivində Seyidin ifasında “Mahur”, “Küçələrə su səpmişəm”, “Aşiran”, “Əraq”, “Hicaz”, “Simayi-şəms” və sair qrammofon valları keçən əsirdən bu günümüzə çatmış ən qiymətli  səs yazılarındandır.

Bir dəfə Bakı milyonerlərindən biri olan Suraxanı milyonçusu Şıx Əlbəndə oğlu Balayevin yeganə oğlunun toyunda xanəndə kimi çıxış edən Seyid ifa zamanı bəyin dayısından xələt istəyir. Bunu eşidən bəyin dayısı yerindən qışqırır:

“Seyid, ana babamdan mənə miras qalmış “Bala şoranlıq”da qazdırdığım quyunu sənə xələt verirəm. Nə çıxsa sənin bəxtinə, quyu başa çatana qədər xərci mənim boynuma. Cəddinə qurban olum, oxu, təriflə!”

Bir qədər sonra xəbər gəlir ki, “Bala şoranlıq”dakı quyu fontan vurub. Beləliklə, xanəndə Seyid bir anda dönür olur milyonçu Seyid – neftxuda. Lakin bundan sonra o, Varşavada səsi salınmış valları bir-bir baha qiymətə alıb sındırır. Onun fikrinə görə, əsl sənəti olan xanəndəlik onun şan-şöhrətini azaldır, xanəndəliyi indiki milyonçuluğuna əskiklik gətirir. Bunu eşidən Hacı Zeynalabdin Tağıyev deyirdi:

– Əşşi, belə şey olar, bülbülləri geridə qoyan səsi ilə fəxr etmək əvəzinə, xəcalət çəkir? Ağa Musa, vallah, bunun başı xarab olub. Heyf o səsdən. Daha oxumayacağı bəs deyilmiş kimi, hələ Varşavada səsi yazılmış qrammofon vallarını da satışdan yığışdırıb.

Tezliklə Seyid Mirbabayev  neft sahəsində məşhurlaşmağa başlayır. 1912-ci ildə o, neftlə zəngin 3 böyük sahə alır və onun  hasilatına başlayır. Seyidin 70 nəfər işçidən ibarət kontoru 18 buruqdan ildə 150000 barrel neft hasil edirdi.

Seyid Mirbabayev Hacının “…ildə bir neçə min xərcin çıxsa da, padşahlıq qabağında üzün ağ olar, sözün keçər, gələcəkdə artıq müsəlman uşağı göndərə bilərik ora” tövsiyəsi ilə Qori seminariyasının hamiliyini öz boynuna götürür.  Bu xəbər Tiflisdə böyük səs-küyə səbəb olur, qəzetlər Bakı milyonçusundan yazır, səxavətin tərifəyirlər.

Seyid mülk almaq istəyəndə Hacının yanına məsləhətə gedir. Hacının məsləhət gördüyü mülk indiki Azneft meydanında yerləşən binadır. Seyid Mirbabayev 1920-ci ilədək – Azərbaycanda sovet hakimiyyəti qurulanadək “Azneft”in binasına yaşayıb. Qeyd edək ki, binanın layihəsi 1893-cü il may ayının 25-də təsdiq olunub və ayın sonlarında tikintisinə başlanılıb. Mənbələrdə göstərilir ki, Fransa intibah üslubunda inşa edilən fasad sahilin qərb tərəfinə baxırdı. Üzü Azneft meydanına tərəf baxan və rahat mənzillərdən ibarət bina şəhərin layihələndirmə strukturunda çox mühüm əhəmiyyət daşıyırdı. Binanın daxili dəhliz boyu yerləşdirilmiş otaqlarında şüşəbəndlər həyətə açılırdı.

Seyid Mirbabayev həm də 1865-1867-ci illərdə Bakıda tikilmiş “Qubernator evi”nin sahibi idi. O, bu evi Bakı qubernatorlarına kirayə vermişdi. 2006-cı ildə bu bina söküldü. Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına görə, bina tamamilə məhv edilib. Daha sonra bu binanın ərazisində yeni beşulduzlu otel “Four Seasons Hotel Baku” inşa edildi.

Qubernator evi – Ehtimal olunur ki, bina 1865-1867-ci illərdə inşa edilib. Sonra bu binanı milyonçu Seyid Mirbabayev alıb onu Rusiya imperiyasının Bakı quberniyasının qubernatorlarına icarəyə verdi və öz yaşayış yeri olmadı. qubernatorlarına icarəyə verdi və öz yaşayış yeri olmadı.

Keçən əsrdə qanuni hökumət devriləndən sonra başqa milyonçular kimi Seyid Mirbabayev də 1920-ci ildən sonra Fransaya – Parisə mühacirət edir. Ləl-cəvahirat həvəskarı olan Seyid özü ilə gətidiyi bu qiymətli qaş-daşlarla güzaranını keçirirdi. Bir müddət sonra gətirdiyi sərvəti əlindən çıxır, doqquz il sonra elə burada iflas edir. Bu ərəfədə Seyid Hacının ona etdiyi vəsiyyəti xatırlayır: “Səsindən muğayat ol! Bu səs hər bir insana müəssər olmayan Allah vergisidir. Sənə Ulu Tanrı tərəfindən bəxş edilən peyğəmbərimiz Davudun səsidir. Bu səsi heç bir var-dövlətlə ala bilmədiyin kimi, heç bir var-dövlətə də uyub onu əldən vermə!  Onu qorumağa çalış!”

Seyid Parisdə Bakının tanınmış milyonçusu Teymur bəy Aşurbəyov ilə görüşərək onunla birlikdə Tehrana yola düşür. Keçən əsrin 30-cu illərində Parisdən Tehrana gələn Seyid Mirbabayev burada bakılıların çayxanasında xanəndəlik edir və 1953-cü ildə 83 yaşında dünyadan köçür.

Qeyd edək ki, Cahangir Cahangirovun 1978-ci ildə qələmə aldığı “Xanəndənin taleyi” operası Seyid Mirbabayevin həyat və yaradıcılığına həsr olunub.

Banner
Banner
  • Four Seasons Hotel Baku
  • Azneft
  • bina
  • sahib
  • Neftxuda
  • Seyid Mirbabayev
Paylaş

Digər xəbərlər

Masallıdan dünyaya – 17 yaşından Koreyaya köçüb - KARYERA VƏ BİZNES QURAN AZƏRBAYCANLI - UĞUR TARİXÇƏSİ
Biznes tarixi 13 Yan 2023
Masallıdan dünyaya – 17 yaşından Koreyaya köçüb - KARYERA VƏ BİZNES QURAN AZƏRBAYCANLI - UĞUR TARİXÇƏSİ
Dolların 0,78 olduğu vaxda 3500 dollar ilə iş qurdu - «Zəfəroğlu İnşaat»ın – BİZNES TARİXİ - VİDEO
Biznes tarixi 19 Dek 2022
Dolların 0,78 olduğu vaxda 3500 dollar ilə iş qurdu - «Zəfəroğlu İnşaat»ın – BİZNES TARİXİ - VİDEO
İlbiz və «maye qızıl» ixracçısı, stomatoloq qıtlığı və Avropaya bitişik Afrika ölkəsi – MƏRAKEŞİ TANIYAQ
Biznes tarixi 11 Dek 2022
İlbiz və «maye qızıl» ixracçısı, stomatoloq qıtlığı və Avropaya bitişik Afrika ölkəsi – MƏRAKEŞİ TANIYAQ
Hər il 30 min nəfərə treninq keçən satış mütəxəssisi – «Müdirlərə satış etmək çox asandır» - MÜSAHİBƏ
Biznes tarixi 6 Dek 2022
Hər il 30 min nəfərə treninq keçən satış mütəxəssisi – «Müdirlərə satış etmək çox asandır» - MÜSAHİBƏ
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: «Biznes üçün pulun 30 faizi varsa, qalan 70 faizini dövlət verir» - MÜSAHİBƏ
Biznes tarixi 28 Okt 2022
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: «Biznes üçün pulun 30 faizi varsa, qalan 70 faizini dövlət verir» - MÜSAHİBƏ
Dostoyevski, Abramoviç, Visbaden və …Tramp - KAZİNOLARIN QALMAQALLI TARİXİ
Biznes tarixi 14 Okt 2022
Dostoyevski, Abramoviç, Visbaden və …Tramp - KAZİNOLARIN QALMAQALLI TARİXİ
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: “Özümü gələcəkdə Azərbaycanda görürəm” – MÜSAHİBƏ
Biznes tarixi 25 Avq 2022
Almaniyada 3 şirkət quran azərbaycanlı iş adamı: “Özümü gələcəkdə Azərbaycanda görürəm” – MÜSAHİBƏ
Sabahın hava proqnozu - AÇIQLANDI
Biznes tarixi 18 Avq 2022
Sabahın hava proqnozu - AÇIQLANDI
"Bir qəhvənin 40 il xətri var"... - Türkiyənin nəsildən nəsilə keçən - AİLƏ ŞİRKƏTLƏRİ
Biznes tarixi 23 İyul 2022
"Bir qəhvənin 40 il xətri var"... - Türkiyənin nəsildən nəsilə keçən - AİLƏ ŞİRKƏTLƏRİ
Milyarder ailənin CV ilə iş axtaran övladı...
Biznes tarixi 23 İyul 2022
Milyarder ailənin CV ilə iş axtaran övladı...
500 milyon dollarlıq «smaylik» biznesi - NECƏ YARANDI -  BİZNES TARİXİ
Biznes tarixi 16 İyul 2022
500 milyon dollarlıq «smaylik» biznesi - NECƏ YARANDI -  BİZNES TARİXİ
Dünyanın məşhur bankında yüksək vəzifə tutan azərbaycanlı - MÜSAHİBƏ
Biznes tarixi 25 İyun 2022
Dünyanın məşhur bankında yüksək vəzifə tutan azərbaycanlı - MÜSAHİBƏ
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Kartlarda olan pullar - VERGİYƏ CƏLB OLUNACAQ?
    18:26 3 Fev 2023
  • Dolların bazar ertəsinə olan məzənnəsi - AÇIQLANDI
    18:19 3 Fev 2023
  • Energetika Nazirliyi "ACWA Power" şirkəti ilə yeni əməkdaşlıq sənədləri - İMZALAYIB
    18:11 3 Fev 2023
  • Azərbaycanda soğan ixracının məhdudlaşdırılmasının səbəbi - AÇIQLANIB
    18:01 3 Fev 2023
  • Bu şəxs “Naxçıvansığorta”nın Müşahidə Şurasının sədri vəzifəsindən də - UZAQLAŞDIRILDI
    17:57 3 Fev 2023
  • "Al Market" - MƏHKƏMƏYƏ VERİLİB
    17:49 3 Fev 2023
  • "Azglobal İnternational" məhkəməyə verildi - SƏBƏB
    17:45 3 Fev 2023
  • “Zaminbank”ın həbsdə olan sabiq rəhbərinin - CƏZASI AZALDILIB
    17:38 3 Fev 2023
  • Gənclər və İdman Nazirliyi – TENDER ELAN ETDİ
    17:33 3 Fev 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 2 NƏFƏR VƏFAT ETDİ
    17:28 3 Fev 2023
  • Bu küçələrin kəsişməsindəki dairəvi hərəkət ləğv edilib - BNA
    17:26 3 Fev 2023
  • AQTA bu market və restoranlarda nöqsanlar aşkarlayıb - SİYAHI
    17:23 3 Fev 2023
  • Dövlət qurumu komperlər, noutbuklar, skanerlər və printerlər alır - TENDER ELANI
    17:16 3 Fev 2023
  • Elektrik mal- materiallarının alınması ilə bağlı - BÖYÜK TENDER ELANI
    17:07 3 Fev 2023
  • Rəşad Əhmədov: "Son on gündə 20 min avtomobil onlayn qaydada sığortalanıb"
    16:58 3 Fev 2023
  • Bu il azad edilmiş hansı ərazilərə sakinlərin geri dönəcəyi - AÇIQLANIB
    16:51 3 Fev 2023
  • Dövlət qurumu mühafizə xidməti ilə bağlı – TENDER KEÇİRİR
    16:48 3 Fev 2023
  • Vüqar Bayramov: “Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində xüsusi rola malikdir”
    16:44 3 Fev 2023
  • Təsərrüfat mallarının alınması ilə bağlı –TENDER ELANI
    16:42 3 Fev 2023
  • Yandeks” Türkiyədə - OFİS AÇACAQ
    16:39 3 Fev 2023
  • Satışa yeni mənzillər çıxarıldı - AYLIQ ÖDƏNİŞ 330 MANATDAN - SİYAHI - VİDEO
    16:37 3 Fev 2023
  • Dövlət borcuyla əlaqədar büdcənin - TƏRTİB QAYDASI DƏYİŞİB
    16:32 3 Fev 2023
  • Azərbaycanda kirayə üsulu ilə - Yeni Mənzillər Satışa Çıxarıldı - SİYAHI
    16:20 3 Fev 2023
  •  “Nar”ın dəstəyi ilə "Fibonacci Games" oyunlarının finalı keçirilib
    16:15 3 Fev 2023
  • Kənd Təsərrüfatı Nazirliyi - TENDER ELAN ETDİ
    16:12 3 Fev 2023
  • Azərbaycan soğanın ölkə ərazisindən aparılmasını - MƏHDUDLAŞDIRDI
    16:10 3 Fev 2023
  • "AMB uçot dərəcəsinin azaldılmasına ən tez 2024-cü ilin əvvəlində gedəcək"
    16:03 3 Fev 2023
  • Azərbaycana idxal edilən soğan gömrük rüsumundan - AZAD EDİLİB
    15:58 3 Fev 2023
  • “Agro Biz” alqı-satqı məsələsinə görə - MƏHKƏMƏYƏ VERİLDİ
    15:46 3 Fev 2023
  • "Ziraat Bank Azərbaycan" ilə - EV SAHİBİ OLUN!
    15:44 3 Fev 2023
  • İlham Əliyev İranda şəhid olan Əsgərov Orxanı təltif etdi - SƏRƏNCAM
    15:39 3 Fev 2023
  • Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2 şirkətə 2,7 milyonluq sifariş verdi - TENDER NƏTİCƏSİ
    15:32 3 Fev 2023
  • “Sevgililər Günü”ndə kişilərin ürəyincə olacaq – 5 ƏN YAXŞI HƏDİYYƏ İDEYASI
    15:29 3 Fev 2023
  • “Cash by Code” xidməti  - YELO MOBİL TƏTBİQİNDƏ
    15:26 3 Fev 2023
  • “Nort Vest Konstrakşn” şirkətin "Akkor"dun bu şirkətini - MƏHKƏMƏYƏ VERDİ
    15:25 3 Fev 2023
  • SOCAR-ın Bakı Ali Neft Məktəbində Gənclər Günü - QEYD OLUNUB
    15:17 3 Fev 2023
  • " İmport Group of Azerbaijan " podrat məsələsinə görə 2 şirkətlə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    15:15 3 Fev 2023
  • Əmlak Məsələləri Dövlət Xidməti "İnteks" şirkətini - MƏHKƏMƏYƏ VERDİ
    15:10 3 Fev 2023
  • “Wolt”un kuryerləri narkotik daşıyırmışlar - VİDEO
    15:09 3 Fev 2023
  • SOCAR və “Romgaz” arasında Azərbaycandan Rumıniyaya qaz nəqlinə dair - SAZİŞ İMZALANDI
    15:06 3 Fev 2023
  • Neft Fondu yanvarda hərraclarda satdığı valyutanın məbləğini - AÇIQLADI
    15:01 3 Fev 2023
  • "AFB Bank" əmanətlərinin - 10%-li GƏLİR VERGİSİNİ ÖZÜ ÖDƏYƏCƏK
    14:53 3 Fev 2023
  • “Mc Donald"s Azərbaycan" şirkəti - MƏHKƏMƏ VERİLİB - SƏBƏB
    14:47 3 Fev 2023
  • Azərbaycanda audit şirkəti - SƏHM BAZARINA GİRİR
    14:47 3 Fev 2023
  • Analitiklər: “Rusiya xam neftinə tətbiq edilən sanksiyalar uğursuz olub”
    14:40 3 Fev 2023
  • KOBİA 9 şirkətə 2,5 milyonluq sifariş verdi - TENDER NƏTİCƏSİ
    14:37 3 Fev 2023
  • SOCAR və “ACWA Power” şirkəti - SAZİŞ İMZALADI
    14:28 3 Fev 2023
  • "Avandsis Enerji" məhkəməyə verildi - SƏBƏB
    14:21 3 Fev 2023
  • İşğaldan azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin fəaliyyəti - MÜZAKİRƏ EDİLİB
    14:16 3 Fev 2023
  • “Dünyagöz Azərbaycan” pozuntuya görə - MƏHKƏMƏYƏ VERİLDİ
    14:14 3 Fev 2023
  • "Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq"
    14:11 3 Fev 2023
  • Aqrar Tədarük və Təchizat - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:02 3 Fev 2023
  • Tarif Şurasının səlahiyyətləri artırılıb
    13:33 3 Fev 2023
  • İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - ÇIXIŞ EDİB
    13:26 3 Fev 2023
  • "Qarşıdakı illərdə biz milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik”
    13:20 3 Fev 2023
  • Fərdi baytarlıq xidməti ilə məşğul olan şəxslərin - Sosial Öhdəlikləri Azaldılıb
    13:13 3 Fev 2023
  • Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması qaydası hazırlanacaq - FƏRMAN
    13:08 3 Fev 2023
  • Şənbə gününün - HAVA PROQNOZU
    13:04 3 Fev 2023
  • Azərbaycan 2023-cü ildə 24,5 milyard kubmetr qaz - İxrac Etməyi Planlaşdırır
    12:53 3 Fev 2023
  • Türkiyədə illik inflyasiya düşüb - STATİSTİKA
    12:49 3 Fev 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!