ABŞ və İran arasında sülh razılaşması əldə ediləcəyi barədə xəbərlər nəticəsində dünya birjalarında neft ucuzlaşmaqdadır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 3,05 dollar azalaraq 87,33 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,83 dollar azalaraq 84,88 dollar təşkil edib.
Xatırladaq ki, ucuzlaşma Azərbaycan neftinə də təsir edib. son 1 gümdə Azərbaycan nefti 6 dollar ucuzlaşaraq 90,5 dollara enib.














