«Moody's» reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB Bank) qlobal miqyaslı reytinqlərini və qiymətləndirmələrini təsdiqləyib.
Azərbaycanın lider bankının mənfəəti - REKORD VURDU - 1 İLDƏ 336 MİLYON MANAT - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Agentliyin açıqlamasına görə, bankın depozit reytinqləri Ba1, Baza Kredit Qiymətləndirməsi (BCA) ba2 və kontragent risk reytinqləri (CRR) Baa3/P-3 səviyyəsində təsdiqlənib. ABB Bankın uzunmüddətli depozit reytinqləri üzrə proqnoz «sabit» olaraq qalır.
«Moody's» reytinq agentliyinin bununla bağlı yaydığı açıqlamaya əsasən, yeni reytinqlər bankın gücnü, o cümlədən Azərbaycanın ən böyük dövlət bankı statusunu əks etdirir.
Bu mövqe «ABB Bank»ın güclü daxili rəqabətə tab gətirmək və möhkəm gəlirliliyi təmin etmək qabiliyyətini dəstəkləyir. Reytinqlər, həmçinin, Azərbaycan Beynəlxalq Bankının kapital adekvatlığının yaxşı səviyyədə olmiasını, aktivlərinin əhəmiyyətli bir hissəsinin yüksək keyfiyyəti kredit alətlərinə yatırdığını, eləcə də yüksək likvid balansını əks etdirir. Eyni zamanda, reytinqlər bankın Azərbaycanda digər baklarda olduğu kimi, yüksək dollarlaşma səviyyəsi, eləcə də ayrı-ayrı iri emitentlərin volotillik potensialı olan aktivləri ilə əməliyyatları ilə məhdudlaşır.
Agentliyin məlumatına görə, 2025-ci ilin sonuna olan vəziyyətə, bankın aktivlərinin yarıdan çoxu kredit riski nisbətən aşağı olan aktivlərin payına düşüb. Bura əsasən Azərbaycan Mərkəzi Bankındakı yerləşdirilən nağd pul, ABŞ Xəzinədarlığının qiymətli kağızlarına yatırımlar və Azərbaycan hökuməti və hökumətlə əlaqəli qurumlar tərəfindən buraxılmış borclar (istiqrazlar) aiddir.
«Moody's» reytinq agentliyinin məlumatına görə, 2025-ci ilin sonuna ABB Bankın problemli kreditləri ümumi kreditlərin 4,6%-ni təşkil edirdi, amma qarşıdakı 12-18 ay ərzində bu nisbətin təxminən 3%-4%-ə qədər azalacağı gözlənilir.
Agentlik hesab edir ki, qarşıdakı dövrdə bankın gəlirliliyi yaxşı səviyyədə olacaq: «Növbəti 12-18 ay ərzində maddi aktivlərə xalis gəlir təxminən 2%-3% (2025-ci ildə 3%) təşkil edəcək, sağlam xalis faiz marjası ilə dəstəklənəcək, risk xərcləri və inzibati xərclər isə nəzarət altında qalacaq».
«Moody's» reytinq agentliyinin açıqlamasında deyilir ki, Azərbaycan Beynəlxalq Bankının əsas kredit gücü onun güclü kapital mövqeyidir: «Maddi ümumi kapitalın risk dərəcəsi ilə ölçülən aktivlərə nisbəti növbəti 12-18 ay ərzində möhkəm daxili kapital generasiyası ilə dəstəklənərək 20%-dən yuxarı qalacaq».
«Likvidlik buferləri əsasən nağd pul, mərkəzi bank qalıqları, ABŞ Xəzinədarlıq qiymətli kağızları və hökumət və hökumətlə əlaqəli qurumlar tərəfindən buraxılmış istiqrazlardan ibarət olan maddi aktivlərin 40%-dən çoxunda kifayət qədər qalacaq. Bankın ölkədəki ən böyük dövlət bankı mövqeyi ilə dəstəklənən və əmanətçilərin etimadını dəstəkləyən və dəyişkənliyi məhdudlaşdıran maliyyələşdirmə profilinin sabit qalacağını gözləyirik. Bununla belə, xarici valyuta depozitlərinin yüksək payı potensial likvidlik riskləri yaradır»-deyə açıqlamada deyilir.
Açıqlamada deyilir ki, Azərbaycan Beynəlxalq Bankının uzunmüddətli depozit reytinqləri bankın «ba2» səviyyədəki BCA-sına və zərurət yarandıqda Azərbaycan hökumətindən dövlət dəstəyinin yüksək ehtimalı ilə bağlı qiymətləndirməmizə əsaslanır. «Bu qiymətləndirmə bankın dövlət mülkiyyətinə və həm kreditlərdə, həm də müştəri depozitlərində böyük bazar payına malik ölkənin ən böyük bankı statusuna əsaslanır. Bu dəstək, bankın uzunmüddətli depozit reytinqlərinin ba2 BCA-dan bir pillə yüksəlməsinə səbəb olur».
Agentlik bildirir ki, Azərbaycan Beynəlxalq Bankının uzunmüddətli depozit reytinqləri üzrə proqnoz sabitdir və bu, bankın növbəti 12-18 ay ərzində sağlam maliyyə əsaslarını qoruyub saxlayacağına dair gözləntilərimizi əks etdirir.















