AzInTelecom
Anbar idarəetmə şöbə müdiri
Son tarix 12 iyl 2026 - Müraciət et
Departament: Təchizat zəncirinin idarəolunması departamenti/Anbar idarəetmə şöbəsi
Vəzifə öhdəlikləri:
- Anbar fəaliyyətinin ümumi idarə olunması və koordinasiyası;
- Material və avadanlıqların qəbul, yerləşdirmə, saxlanma və çıxış proseslərinə nəzarət;
- Anbar ehtiyatlarının optimallaşdırılması və inventar nəzarətinin təmin edilməsi;
- SAP sistemi üzərindən anbar əməliyyatlarının düzgün aparılmasına nəzarət;
- Anbar üzrə hesabatlılığın təşkili və rəhbərliyə təqdim edilməsi;
- Şöbə əməkdaşlarının iş fəaliyyətinin koordinasiya olunması;
- Satınalma, maliyyə, logistika və digər aidiyyəti struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi;
- Daxili prosedur və qaydalara uyğunluğun təmin edilməsi.
- Anbar fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirmək;
- Malların və materialların düzgün qəbulunu, saxlanmasını və təhvil verilməsini təşkil etmək;
- Giriş və çıxış əməliyyatlarını yoxlamaq və təsdiqləmək;
- Anbar qalığına, minimum stok səviyyələrinə və inventar hərəkətlərinə nəzarət etmək;
- Periodik inventar sayımlarını təşkil etmək və nəticələrini analiz etmək;
- SAP sistemində MIGO, MB51, MMBE və digər anbar əməliyyatlarının düzgün icrasına nəzarət etmək;
- Anbar üzrə riskləri müəyyən etmək və preventiv tədbirlər görmək;
- Anbar sahələrinin səmərəli istifadəsini təmin etmək;
- İş bölgüsünü təşkil etmək və əməkdaşların fəaliyyətinə nəzarət etmək;
- Şöbə əməkdaşlarının KPI və performans qiymətləndirilməsini həyata keçirmək;
- Audit yoxlamaları zamanı tələb olunan məlumat və sənədlərin təqdim edilməsini təmin etmək;
- İş proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması üzrə təşəbbüslərlə çıxış etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (Logistika, Təchizat Zəncirinin İdarəolunması, İqtisadiyyat, Maliyyə, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr üzrə);
- Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi (Rəhbər vəzifədə təcrübə arzuolunandır);
- SAP ERP (MM/WM modulları) üzrə iş təcrübəsi;
- ERP və anbar idarəetmə sistemləri üzrə biliklər;
- MS Office proqramlarından yüksək istifadə bacarığı (xüsusilə MS Excel);
- Liderlik və komanda idarəetmə bacarıqları;
- Analitik düşüncə;
- Planlama və təşkilatçılıq bacarıqları;
- Operativ qərarvermə və problem həll etmə bacarığı;
- Yüksək məsuliyyətlilik və detallara diqqət.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.















