Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Biznes tarixi

  1. Ana səhifə
  2. Biznes tarixi
  1. Biznes tarixi

Almaniyada 7 zavodun meneceri olan azərbaycanlı – MÜSAHİBƏ

Almaniyada 7 zavodun meneceri olan azərbaycanlı – MÜSAHİBƏ | FED.az
09:07 29 Aprel 2021

Alim Quliyev: “Amazon”da işə götürülərkən 14 müsahibədən keçmişdim

Eləcə də bax: “Kanadada 6 şirkətdə çalışmışam, heç birində diplomumu soruşmayıblar” - UĞUR HEKAYƏSİ

İndiyə qədər bir neçə işə müraciət edib cavab gözləmək təcrübəsi yaşamayıb. Yəni o, işləri deyil, işlər onu tapıb. Bunu təhsillə, işinə məsuliyyətlə yanaşmaqla və dünyagörüşü ilə əlaqələndirir. «Birinci insan özü nəsə əldə etməlidir, sonra işəgötürəndən nələrsə tələb edə bilər» - deyir.

Eləcə də bax: Kiçik şirkətlərdən «yox», «Amazon»dan «hə» cavabı alan azərbaycanlı – MÜSAHİBƏ

FED.az “Holcim” şirkətinin Almaniya şöbəsində avadanlıqların etibarlılığı üzrə menecer vəzifəsində çalışan azərbaycanlı Alim Quliyevlə müsahibəni təqdim edir.

Qeyd edək ki, A.Quliyev 1980-ci ildə Sabirabad rayonun Quruzma kəndində anadan olub. Orta təhsilini həmin kənddə yerləşən məktəbdə alıb. Йяни Алимин щяйат йолу Сабирабаддакы вя Азярбайъандакы минлярля эянъин щяйатындан фярглянмяйяъякди.

Амма о Azərbaycan Dövlət Texniki Universitetinin maşınqayırma və material emalı (Mexanika mühəndisliyi) fakültəsində bakalavr, magistr və doktorantura təhsili alıb. Texnika üzrə fəlsəfə elmləri doktorudur.        

- Alim bəy, “Holcim Azərbaycan” da uzun müddət çalışdıqdan sonra “Amazon Almaniya”da işləməyə başlamısınız. 2 ilə yaxın orda işlədikdən sonra isə iş yerinizi “Holcim Almaniya”ya dəyişmisiniz. Bu iş dəyişmə prosesiniz necə oldu?

- Mən Bakıda magistr təhsili aldığım vaxt - 2003-cü ildə “Qaradağ Sement” şirkəti  (İndiki “Holcim Azərbaycan”) bir layihə həyata keçirirdi. Bu layihəyə əsasən magistr pilləsində mexanika mühəndisliyi təhsilini bitirmək üzrə olan magistrantlar işə cəlb olunurdu. Son kursda təhsil alan magistrları imtahan yolu ilə şirkətə işə götürürdülər. İmtahandan uğurla keçən bir neçə nəfərdən biri də mən oldum. 2014-cü ilə qədər şirkətin təmir şöbəsində müxtəlif vəzifələrdə çalışdım. 2014-cü ildə şirkət, həm Almaniyadakı zavodlarda ixtisasımı artırmaq, həm də Almaniyadakı zavodların təmir sisteminə yardım etmək üçün məni “Holcim Almaniya”ya  göndərdi. 2 il Almaniyada müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2016-cı ildə “Holcim Azərbaycan”a  geri döndüm və 2019-cu ilə qədər mənə çox doğma və bir növ məktəb olan “Holcim Azərbaycan”da çalışdım. 2019-cu ildə “Amazon Almaniya”dan Avadanlıqların Etibarlılığı üzrə Menecer vəzifəsinə təklif aldım. 2019-cu il mayın 1-dən Almaniyada “Amazon” şirkətində çalışmağa başladım. İki ilə yaxın orda çalışdıqdan sonra ”Holcim Almaniya”ya qayıtdım.

- “Amazon” da böyük şirkətdir. Niyə onu “Holcim Almaniya” dəyişdiniz?

- İş yerini dəyişməyə qərar vermək o qədər asan olmadı. “Amazon” böyük və dinamik şirkət idi və belə məqamda qərar vermək o qədər də  asan deyil. Şirkətə qayıtmağımın səbəbi israrlı dəvət oldu. Bir müddət bu dəvəti dəyərləndirdikdən sonra təkrar “Holcim Almaniya”ya qayıtmaq qərarı verdim.

- Hazırkı işiniz nədən ibarətdir?

- Şirkətin Almaniyada əsas 7 zavodu var. Bu zavodların təmiri, texniki xidməti və etibarlılığına cavabdehlik daşıyıram.

- İşləyə-işləyə təhsili davam etdirmisiniz, fasilə verməmisiniz. İş prosesində təhsilə ehtiyac hiss edirdiniz, yoxsa əvvəldən planınız belə idi?

- Doktorantura təhsili almaq, elmi dərəcəyə sahib olmaq əvvəldən arzum idi, mənə maraqlı gəlirdi. Araşdırma aparmağa əvvəldən maraq göstərmişəm. Davam etməkdə əsas səbəb bu idi. Magistr yox, amma doktorantura təhsili dövründə işlə paralel təhsil çətin idi. Həm gündəlik iş, həm də müəyyən elmi araşdırmalar aparmalısan və s. Həvəsim olduğu üçün doktoranturanı da oxudum.

- Bir çox kadrların dilində bu tipli fikirlərə tez-tez rast gəlirik: “Azərbaycanda aldığım magistr təhsili mənə iş mühitində gərək olmur”. Bu təhsil iş prosesində lazım olmurdu?

- Öz ixtisasım üzrə işlədiyimdən universitetdə aldığım təhsili birbaşa istehsalatda tətbiq edə bilirdim. Bu isə təhsili və işi daha maraqlı edirdi. Magistr və doktorantura təhsilinin heç bir köməyi olmadığını deməzdim. Əksinə, yəni çox kömək edirdi. Problemlərin araşdırmasına elmi yanaşma, onları istehsalatda tətbiq edib problemin kökünü tapıb həllinə çalışırdım. Bu cəhətdən çox kömək edirdi. Azərbaycanda aldığım təhsil Almaniyada çalışdığım müddətdə də bir növ özünü göstərirdi. Azərbaycanda təhsilin çox aşağı olduğunu deməzdim. Sadəcə Azərbaycanda tətbiq sahəsi çox azdır və nəzəri bilikləri tətbiq etməyə imkan yoxdur. Almaniyada isə fərqlidir, burda təcrübi hissəyə də çox önəm verirlər.

- “Holcim” kimi böyük şirkətlərə iş üçün müraciət edən kadr çox olur. Onların sizi təkrar dəvət etməkdə israrlı olmaqlarının səbəbi nə idi?

- Böyük şirkətlərə iş üçün müraciət edənlər daha çox olur. Ancaq böyük şirkətlərin tələbləri də böyükdür. Yüksək tələblər qoyurlar və bu tələblərə uyğun gələn işçilər də az olur. Onlar da işçi cəlb etmək baxımından çətinlik çəkirlər. “Holcim Almaniya”nın məni təkrar dəvət etməsinin əsas səbəblərdən biri “Holcim”in Almaniya bölməsində işlədiyim müddətdə təmir sistemi ilə əlaqədar bəzi layihələr həyata keçirməyim və bu sahədə tanınmağım idi. Digər tərəfdən, onların tələblərinə uyğun gələcək işçilər də Almaniyada azdır. Bu baxımdan, qoyulan tələblər də böyük idi və bu tələblərə uyğun işçilər tapılması da o qədər də asan deyildi. Sadəcə mən sistemi bildiyimə və təcrübəm böyük olduğuna görə dəvət etdilər. Təbii ki, yeni işçi götürsələr, onun hazırlanmasına da vaxt lazım idi və bu baxımdan hazır mütəxəssis onlar üçün daha əlverişli hesab olunur. Yəni bunun da təsiri var.

- Böyük şirkətlər kadrı özü dəvət edəndə və ya kadr özü iş üçün müraciət edəndə, onlara təklif etdikləri və digər benfitlər  arasında fərq olurmu?

- Elə bir fərq etmir. Çünki hər şirkətdə hər vəzifənin müəyyən maaş limiti var. Bu vəzifəyə verilən maaşın minimum və maksimumu olur. Maaş bu interval arasında oynaya bilir. Bu da elə böyük fərq eləmir. Ancaq şirkət özü dəvət edəndə, sənin o maksimuma daha yaxın məbləğ almaq şansın çoxdur. Sən şərtlər qoya bilirsən. Bu cəhətdən daha əlverişlidir.

- Təcrübənizdə kiçik şirkətdə çalışmaq olmayıb. Ona görə böyük şirkətlərdə çalışmağın kadra verdiyi üstünlüklərdən danışaq. Böyük şirkətlər hansı imkanları verirlər ki, onlar kiçik şirkətlərdə yoxdur?

- İlk olaraq deyim ki, prespektiv daha çox olur. Çünki irəliləmək üçün iş imkanları genişdir. İşçilərin inkişafı üçün daha çox təlimlər təşkil edilir. İkincisi, işçilərə təklif olunan maaşlar fərqlidir. Üstəlik, maaşdan əlavə müəyyən benefitlər olur. Hətta Almaniyada böyük şirkətdə çalışırsansa, hər hansı bir şirkətlə xidmət almaq üçün müqavilə bağlayırsınızsa, bu zaman sizə güzəşt də edilir. Məsələn, hər hansı bir mobil operatorla müqavilə bağlayırsansa, müəyyən qədər güzəştlər də olunur. Üçüncüsü, böyük şirkətlərdə ən son texnologiyalar tətbiq edilir. Bu da öyrənmək, özünü inkişaf etdirmək cəhətdən səmərəlidir. Dördüncüsü, böyük şirkətlər qarşılarına daha uzunmüddətli hədəflər qoyurlar. İnsan da bir növ buna alışır. Necə ki şirkətin ambisiyaları böyük olur, işçiləri də bir növ o cür tərbiyə edir və öz şəxsi həyatında da bunları tətbiq eləməyə başlayır. Yəni böyük şirkətlərdə işləyənlərin şəxsi həyatda da ambisiyaları böyük olur.

- Rəhbər vəzifəyə gedən şəxs olaraq o təlimlər sizə nə qazandırdı?

- Əgər böyük şirkətdə müxtəlif məsul vəzifədəsənsə, işçilərlə necə davranmağı və rəhbərləri necə davranmağı, idarə etməyi öyrədirlər. Yəni həm öz işçilərini, həm də rəhbərləri idarə etməyi müxtəlif təlimlər vasitəsilə insanlara aşılayırlar. Bu baxımdan insanın dünyagörüşü, baxış bucağı dəyişir. İnsan həyatı, hədəfləri başqa cür görməyi, insanlarla ünsiyyət qurmağın müxtəlif yollarını öyrənir. Məndə bu baxımdan da dəyişikliklər olub.

- Rəhbərləri idarə etmək deyəndə, nə nəzərdə tutulur? Bir misalla izah etsəniz, daha yaxşı olar.

- Bu, bir az kompleks məsələdir. Sən işçiləri idarə etməkdən əlavə, rəhbərlərdən də nə isə əldə etməyi bacarmalısan. Əgər sənə müəyyən işləri görmək üçün büdcə lazımdısa və o iş şirkətə xeyir gətirəcəksə, o büdcəni onlardan ala bilməlisən. Bu, kiçik bir misaldır. Təkcə bu misalla məhdudlaşmır. Rəhbərdən nəyisə istəyəndə, onu almağı bacarmaq və hər hansı məsləyə yaxud problemə baxışını dəyişmək lazım olur. Bunun isə müxtəlif yolları, texnikası var.

- Qlobal şirkətlərdə işə qəbul prosesi uzun olur. Yəqin ki daha yaxşını seçməyə çalışırlar. İş yoldaşı cəhətdən yanaşanda, seçilmiş kadrlarla bir yerdə çalışdığınızı hiss edirsiniz?

- Düzdür, asanlıqla işə götürmürlər. Mən “Amazon”da işə götürülərkən 14 müsahibədən keçmişdim. 10-u onlayn, 4-ü üz-üzə oldu. Müsahibələrdən də keçmək çətindir. Professionalları cəlb edirlər. O da təbii ki, şirkətin inkişafına kömək edir. Milliyətindən asılı olmayaraq öz işinin ustası olanları götürürlər. Din, irq, milliyətə fərq qoyulmur. Başqa hər hansı fərqlilik olduğunu deməzdim. Sadəcə olaraq, hərə öz sahəsində professionaldır. Bunu hiss edirsən.

- Və heç vaxt iş axtarmaq, iş tapmamaq kimi probleminiz olmayıb?

- Qeyd etdiyim kimi təhsil aldığım dönəmdən çalışmağa başlamışam. Bir neçə işə müraciət edib cavab gözləmək təcrübəsi yaşamamışam. Mən bunu təhsillə, işinə məsuliyyətlə yanaşmaqla və dünyagörüşü ilə əlaqələndirirəm. Ona görə, gənc mühəndislərə, iş həyatına yeni başlayan işçilərə məsləhət görərdim ki, öz üzərlərində çalışsınlar. Birinci insan özü nəsə əldə etməlidir, sonra işəgötürəndən nələrsə tələb edə bilər.

- Öz üzərində işləməklə bağlı sizin təcrübəniz necədir?

- Universitetdə oxuduğun vaxt diplom xatirinə yox, doğurdan da nəsə öyrənmək lazımdır. Mən bu cür yanaşırdım. Öz sahənlə bağlı təkcə universitetdə keçirilən dərslərlə kifayətlənmək lazım deyil, əlavə araşdırmalar da vacibdir. İndi belə araşdırmalar üçün daha çox imkan var. Bir də çox mühüm amillərdən biri əlavə dil öyrənməkdir. Dünya qloballaşır, elm və texnologiya çox sürətlə dəyişir və inkişaf edir. Sürətlə dəyişən texnologiyadan və qloballaşmadan geri qalmamaq üçün bir dil kifayət etmir. Əlavə dil bildiyin zaman daha çox məlumat əldə edə bilirsən. Sadəcə çalışmaq və yenilikləri öyrənib tətbiq etmək lazımdır. Heç bir uğur əziyyətsiz əldə olunmur. Uğura gedən yol təbii ki, daha çətin olur. Təbii ki, uğura gedən yolda ailə və mühitin də rolu böyükdür.

Xüsusi olaraq FED.az üçün, Aygün Asimqızı

Banner
Banner
  • Almaniya
  • zavod
  • menecer
  • Amazon
  • Holcim
  • Alim Quliyev
Paylaş

Digər xəbərlər

"Bir qəhvənin 40 il xətri var"... - Türkiyənin nəsildən nəsilə keçən - AİLƏ ŞİRKƏTLƏRİ
Biznes tarixi 23 İyul 2022
"Bir qəhvənin 40 il xətri var"... - Türkiyənin nəsildən nəsilə keçən - AİLƏ ŞİRKƏTLƏRİ
Milyarder ailənin CV ilə iş axtaran övladı...
Biznes tarixi 23 İyul 2022
Milyarder ailənin CV ilə iş axtaran övladı...
500 milyon dollarlıq «smaylik» biznesi - NECƏ YARANDI -  BİZNES TARİXİ
Biznes tarixi 16 İyul 2022
500 milyon dollarlıq «smaylik» biznesi - NECƏ YARANDI -  BİZNES TARİXİ
Dünyanın məşhur bankında yüksək vəzifə tutan azərbaycanlı - MÜSAHİBƏ
Biznes tarixi 25 İyun 2022
Dünyanın məşhur bankında yüksək vəzifə tutan azərbaycanlı - MÜSAHİBƏ
ABŞ-da reklam bazarını dəyişən, Ronaldinyo ilə ortaq olan  azərbaycanlı:  «50 min lazım deyil, 1000 dollar kifayətdir» – MÜSAHİBƏ
Biznes tarixi 22 İyun 2022
ABŞ-da reklam bazarını dəyişən, Ronaldinyo ilə ortaq olan  azərbaycanlı:  «50 min lazım deyil, 1000 dollar kifayətdir» – MÜSAHİBƏ
$10 milyonluq şirkət sahibi: «45 min dollar borcla iş qurub, 3 dəfə müflis olmuşam, amma insanları sevirəm» - MÜSAHİBƏ
Biznes tarixi 3 İyun 2022
$10 milyonluq şirkət sahibi: «45 min dollar borcla iş qurub, 3 dəfə müflis olmuşam, amma insanları sevirəm» - MÜSAHİBƏ
Kondisionerlər «ölü ərazi»ləri necə diriltdi? - HƏR DƏQİQƏDƏ 10 ƏDƏD SATILAN – KONDİSİONERİN TARİXİ
Biznes tarixi 1 İyun 2022
Kondisionerlər «ölü ərazi»ləri necə diriltdi? - HƏR DƏQİQƏDƏ 10 ƏDƏD SATILAN – KONDİSİONERİN TARİXİ
Azərbaycanda ömürlük həbsdən azad edilən məşhur iş adamı - VİDEO
Biznes tarixi 28 May 2022
Azərbaycanda ömürlük həbsdən azad edilən məşhur iş adamı - VİDEO
Türkiyədəki Azərbaycan İş Adamları Birliyi sahibkarları - TƏBRİK EDİB
Biznes tarixi 26 Aprel 2022
Türkiyədəki Azərbaycan İş Adamları Birliyi sahibkarları - TƏBRİK EDİB
“Microsoft”, “Amazon”, indi isə “Facebook”da baş proqramçı - MÜSAHİBƏ
Biznes tarixi 9 Aprel 2022
“Microsoft”, “Amazon”, indi isə “Facebook”da baş proqramçı - MÜSAHİBƏ
Nazirlikdəki işindən imtina edib küçədə - KOFE SATMAĞA BAŞLADI
Biznes tarixi 7 Aprel 2022
Nazirlikdəki işindən imtina edib küçədə - KOFE SATMAĞA BAŞLADI
"Veysəloğlu" bu səbəblərə görə duru yağın - QİYMƏTİNİ ARTIRACAQ - AÇIQLAMA
Biznes tarixi 6 Aprel 2022
"Veysəloğlu" bu səbəblərə görə duru yağın - QİYMƏTİNİ ARTIRACAQ - AÇIQLAMA
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • FHN 10 tenderin nəticələrini açıqladı – 3,3 MİLYON MANAT SİFARİŞ – ŞİRKƏTLƏR, SİYAHI
    12:06 11 Avq 2022
  • Prezident bu rayona icra başçısı - TƏYİN ETDİ - SƏRƏNCAM
    12:01 11 Avq 2022
  • "Rabita Mobile” ilə ödəniş - BONUSLAR QAZANDIRIR!
    11:45 11 Avq 2022
  • “Ryanair” ucuz bilet satışını - DAYANDIRACAQ
    11:41 11 Avq 2022
  • Bakıda abadlaşdırma işləri başlayır – BÖYÜK TENDER ELANI - ŞƏRTLƏR
    11:24 11 Avq 2022
  • "Azər Türk Bank" gənclər üçün yeni təcrübə proqramına - BAŞLAYIR
    11:20 11 Avq 2022
  • Laçını tərk edən ermənilər kilsəyə belə ziyan vurur - VİDEO
    11:17 11 Avq 2022
  • Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun tikintisi yekunlaşıb - FOTO
    11:10 11 Avq 2022
  • “Kontakt”ın “Böyük Ad Günü festivalı” və böyük endirimlər - BAŞLAYIR
    11:04 11 Avq 2022
  • ABŞ-da ət məhsullarının tərkibində raktopamin aşkar edilib - ÇİN İDXALI DAYANDIRDI
    11:00 11 Avq 2022
  • İpoteka ilə bağlı qaydalar sərtləşdirilir - VİDEO
    10:55 11 Avq 2022
  • Dollar major valyutalar qaşısında ucuzlaşıb - GÜNƏ BAXIŞ - İnvestAZ TƏQDİM EDİR
    10:47 11 Avq 2022
  • Rəf qiyməti kassa qiyməti ilə üst-üstə düşməyəndə nə olur?  - “VEYSƏLOĞLU”DAN AÇIQLAMA
    10:35 11 Avq 2022
  • “Moody’s” agentliyi "Kapital Bank"ın reytinqlərini - YÜKSƏLDİB
    10:30 11 Avq 2022
  • Avropada qazın qiyməti 2 210 dolları - KEÇİB
    10:27 11 Avq 2022
  • Rusiyada inflyasiya - DÜŞÜB
    10:21 11 Avq 2022
  • Azərbaycanda beynəlxalq avtomobil daşıyıcılarının sayı 3 dəfəyə yaxın - ARTIB
    10:16 11 Avq 2022
  • Yarıdan çoxu Rusiya bazarlarına göndərilir - FOTO
    10:09 11 Avq 2022
  • Riyad Əliyevin əmlaklarını kim ələ keçirib? - ARAŞDIRMA BAŞLADI
    09:49 11 Avq 2022
  • «Az-Pack» qablaşdırma məhsulları şirkəti kiçilib, satışı 3 dəfə azalıb – ZƏRƏRLƏ İŞLƏYİR - HESABAT
    09:48 11 Avq 2022
  • "Tesla" bu il "Semi" elektrik yük avtomobilinin tədarükünə - BAŞLAYACAQ
    09:45 11 Avq 2022
  • İş adamlarına açıq məkanda reklam şərtləri - İZAH EDİLİB - TOPLANTI - FOTOLAR
    09:39 11 Avq 2022
  • "Satınalan təşkilatın podratçı tərəfindən nümunələrin təqdim edilməsini tələb etməsi qeyri-qanunidir"
    09:28 11 Avq 2022
  • Neft ucuzlaşıb - SON QİYMƏT
    09:24 11 Avq 2022
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    09:19 11 Avq 2022
  • "Bakı Toxucu" şirkətinə - SƏDR SEÇİLƏCƏK
    09:17 11 Avq 2022
  • Bu ölkələrə səfər etmək - TƏHLÜKƏLİDİR
    09:11 11 Avq 2022
  • “Moody's” SOCAR-ın reytinqini yüksəldib - AGENTLİKDƏN AÇIQLAMA
    09:04 11 Avq 2022
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    09:02 11 Avq 2022
  • Dövlət qurumu yanğınsöndürmə avadanlığı alır – MÜSABİQƏ ELANI
    08:40 11 Avq 2022
  • "Bona Dea International Hospital" işçi axtarır - VAKANSİYA
    20:59 10 Avq 2022
  • Bu şirkətlər işçi yığır: əmək haqqı 400-600-800-1000-1200-1500 manat - 22 VAKANSİYA
    20:50 10 Avq 2022
  • "A-Group" sığorta şirkəti işçi axtarır - VAKANSİYA
    20:47 10 Avq 2022
  • "Sabah Group" ASC axtarır - MAAŞ 600-800 AZN - VAKANSİYA
    20:45 10 Avq 2022
  • "Golden Pay" işçi axtarır - VAKANSİYA
    20:43 10 Avq 2022
  • "Unilever Azerbaijan" işçi axtarır - VAKANSİYA
    20:40 10 Avq 2022
  • "Kristal Abşeron" işçilər axtarır - VAKANSİYALAR
    19:47 10 Avq 2022
  • Azərbaycanın məşhur pivə sirkəti - İŞÇİLƏR AXTARIR - VAKANSİYALAR
    19:38 10 Avq 2022
  • "PASHA Holding" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    19:29 10 Avq 2022
  • "Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
    19:25 10 Avq 2022
  • Hər kəsin uzun zamandır gözlədiyi təqdimat: “Samsung” növbəti dəfə təəccübləndirdi - FOTO
    18:30 10 Avq 2022
  • "Qarabağ" klubunun futbolçularının qiyməti 1 mln. avronu keçib - SİYAHI - ADLAR - MƏBLƏĞ
    18:11 10 Avq 2022
  • “Transneft” “Drujba”nın cənub qolu vasitəsilə Avropaya neftin nəqlinə - BAŞLAYIB
    18:06 10 Avq 2022
  • Azərbaycanda audit xidmətinə minimum qiymət tətbiq ediləcək –  AUDİTORLAR ÜÇÜN MÜHÜM YENİLİK
    17:59 10 Avq 2022
  • Bakıda "Yüngül cinayətlər" restoranında yanğın - BAŞLAYIB
    17:54 10 Avq 2022
  • “Domino`s Pizza” İtaliyada fəaliyyətini - DAYANDIRIB
    17:48 10 Avq 2022
  • Azərbaycanda ucuz qiymətə auditor xidməti göstərmək - QADAĞAN EDİLƏCƏK – YENİ LAYIHƏ
    17:43 10 Avq 2022
  • Balasanyan azərbaycanlı generallara - SÖZ VERDİ
    17:39 10 Avq 2022
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:27 10 Avq 2022
  • «Ağ Şəhər»də işləyən şirkət Ağdamda – «NOVOSTROYKA» TİKİR KVADRATI 1250 MANATA
    17:11 10 Avq 2022
  • Bakı ilə Dehli arasında birbaşa uçuşlar başlayıb - FOTO
    16:52 10 Avq 2022
  • Azərbaycanda ucuzlaşan və bahalaşan ərzaqlar - RƏSMİ
    16:46 10 Avq 2022
  • Azərbaycanda auditor xidmətlərinin dəyərinin minimum hədləri - DƏYİŞDİRİLƏCƏK
    16:40 10 Avq 2022
  • Yoluxanların sayı 530-u keçdi - 6 NƏFƏR VƏFAT ETDİ
    16:33 10 Avq 2022
  • Bank kartlarından pul oğurlayan daha bir dəstənin üzvləri saxlanılıb - FOTO - VİDEO
    16:21 10 Avq 2022
  • “Aztelekom” da internet paketinin qiymətini - ARTIRDI
    16:14 10 Avq 2022
  • Bakı aeroportunun enerji təchizatında fasilələr - YARANIB
    16:12 10 Avq 2022
  • "Moody's" SOCAR-ın reytinqini - YÜKSƏLDİB
    16:07 10 Avq 2022
  • "Baktelecom" internet paketlərinin qiymətini - 50 FAİZ ARTIRDI
    16:03 10 Avq 2022
  • Xankəndi nəzarətə götürüldü - VİDEO
    15:55 10 Avq 2022
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • C.Məmmədquluzadə küçəsi 102A (City Point Biznes Mərkəzi)

© 2016 - 2022 FED.az | Bütün hüquqlar qorunur.