ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın nüvə proqramı ilə bağlı danışıqlar uğursuz olarsa, Vaşinqton hərbi hücumları bərpa edə və ya regiondakı rolunu yenidən nəzərdən keçirə bilər.
ABŞ və İran arasında razılaşma əldə edilib, rəsmi imzalanma 19 iyunda İsveçrədə olacaq
FED.az xəbər verir ki, o, bu barədə "The New York Times" qəzetinə müsahibəsində deyib.
Trampın sözlərinə görə, ABŞ ya güc ssenarisinə qayıda, ya da regionun gəlirlərinin bir hissəsini almaq müqabilində Yaxın Şərqin keçikçisi rolunu üzərinə götürə bilər.
O, həmçinin qeyd edib ki, belə bir halda danışıqlar prosesi pozula bilər, lakin administrasiya gələn cümə günü İsveçrədə İranın nüvə proqramı ilə bağlı yeni məsləhətləşmələr mərhələsinin keçirilməsini gözləyir.














