Mis qiymətləri ABŞ ilə İran arasında əldə olunan razılaşmaya dair artan nikbinlik fonunda iyun ayının ikinci həftəsində kəskin bahalaşıb.
FED.az xəbər verir ki, London Metal Birjasında (LME) misin qiyməti 1,2 faiz artaraq ton üçün təxminən 13 min 650 dollara yüksəlib. COMEX-də mis üzrə fyuçerslər isə 1,8 faiz bahalaşaraq funt üçün 6,39 dollar səviyyəsinə çatıb.
Bahalaşmaya ABŞ və İran arasında qlobal iqtisadi sabitliyi təhdid edən gərginliyin azalacağına dair gözləntilər təsir göstərib.
Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında paylaşım edərək tərəflər arasında bir çox məsələlər üzrə “razılıq” əldə olunduğunu bildirib.















