Yaxın Şərqdə tədricən sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib. Bu gün London birjasında “Brent” markalı neftin 1 barelinin qiymətin 4,61 faiz aşağı düşərək 83,30 dollara satılır. Nyu-York birjasında isə WTI markalı neftin 1 barelinin qiyməti 5,90 faiz enərək 80,56 dollar olub.
FED.az xəbər verir ki, ümumilikdə dünya bazarında neftin qiymətinin 5 faiz enməsi rəsmi Vaşinqon ilə Tehran arasında əlsə olunan razılışma ilə bağlı xəbərlərin yayılmasından sonra baş verib.
ABŞ prezidenti özünün sosial şəbəkə platformasında nəzərə çatdırıb ki, iyunun 19-də Cenevrədə rəsmi imzalanma mərasimi keçiriləcək. Tərəflər arasında sənədin razılaşdırılması Pakistan və İran tərəfindən də təsdiqlənib.
Beləliklə, ilk növbədə sənəddə Hörmüz boğazının açılması məsələsi əksini tapıb ki, bu da dünya enerji bazarı üçün çox əhəmiyyətlidir. Neftin qiymətinin artmasının da əsas səbəbi məhz Hörmüz boğazının bağlı qalması idi.
Lakin bir sıra ekspertlər qiymətlərin 60 dollardan aşağı düşəcəyini gözləmirlər. Bu günə qədər neft bazarında qiymətlərin 150 dollara kimi artmasında bazarın təchizatında yaranan problemlə yanaşı, psixoloji məqam da var idi. İran və ABŞ rəsmisinin hər bir kəskin bəyanatı dərhal birjalarda qiymət artımına səbəb olurdu. Boğazın açılması, təbii ki, qiymətlərin sabitləşməsinə gətirib çıxaracaq. Yəni, bazarın təchizatı üçün neftin nəql olunması məsələsi həll olunacaq. Problem ondan ibarətdir ki, bazarı neft ilə təmin edən Yaxın Şərq ölkələrinin (Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və b.) neft infrastrukturuna əsaslı zərər vurulub. Bunların bərpası və yenidən fəaliyyətə başlaması üçün zamana ehtiyac var. Onu da qeyd etmək lazımdır ki, neft infrastrukturunun bərpası heç də tez bir zaman kəsiyində başa gəlmir.
Bir sözlə, hazırda enerji qiymətlərində enmə davam edir. İyunun 19-dan sonra dünya bazarında neftin qiymətinin hansı həddə kimi düşəcəyini isə zaman göstərəcək.













