Çin şirkətləri aviasiya sənayesində də ABŞ və Avropa şirkətləri ilə rəqabətə başlayıblar.
FED.az xəbər verir ki, Çin istehsalı olan «C919» təyyarələri artıq «Boeing 737» və «Airbus A320» təyyarələri ilə rəqabət aparırlar. Əsasən «China Southern Airlines» şirkətində istifadə olunan yeni təyarələr artıq 11 000 saat uçuşda olublar və 1,5 milyon nəfər daşıyıblar.
«China Southern Airlines» elan edib ki, artıq 11-ci «C919» təyyarəsini alıb. Bu ilin əvvəlindən «C919»lar Çinin əsasə şəhərlərini əhatə edən marşrutlar üzrə 5300 reys yerinə yetiriblər.
Bə təyyarələr Çinin COMAC şirkəti tərəfindən istehsal edilir və hazırda dünya liderləri sayılan «Airbus A320» və «Boeing 737»lə rəqağət aparırlar.













