Mado Azərbaycan
Marketinq Koordinatoru
Son tarix 13 iyl 2026 - [email protected]
İş yeri: MADO
Tabeçilik: Marketinq Şöbəsinin Direktoru
Vəzifənin əsas məqsədi
- Marketinq şöbəsinin gündəlik fəaliyyətinə dəstək vermək, sosial şəbəkələr üzərindən qonaqlarla operativ ünsiyyət qurmaq, marketinq layihələrinin həyata keçirilməsində iştirak etmək, loyallıq proqramının idarə olunmasına dəstək olmaq və müxtəlif marketinq proseslərini koordinasiya etmək.
Əsas vəzifələr
- Sosial şəbəkələrə daxil olan mesaj və şərhlərin operativ şəkildə cavablandırılması;
- Məhsullar, kampaniyalar, filiallar və digər mövzular üzrə qonaq sorğularının cavablandırılması;
- Şikayət və müraciətlərin aidiyyəti şöbələrə yönləndirilməsi, icra vəziyyətinin izlənilməsi və geri dönüşlərin təmin edilməsi;
- Loyallıq proqramı və mobil tətbiqin idarə olunmasına dəstək göstərilməsi;
- Marketinq kampaniyaları, aksiyalar və tədbirlərin həyata keçirilməsində iştirak;
- Dizaynerlər, SMM tərəfdaşları və digər podratçılarla koordinasiyanın aparılması;
- Sosial media üçün foto və video çəkilişlərdə, eləcə də marketinq tədbirlərində iştirak;
- Kontentin hazırlanması və paylaşım proseslərinə dəstək göstərilməsi;
- Rəqiblərin fəaliyyətinin monitorinqi və qısa hesabatların hazırlanması;
- Marketinq məlumatlarının toplanması, sistemləşdirilməsi və arxivləşdirilməsi;
- Marketinq direktorunun verdiyi tapşırıqların vaxtında və keyfiyyətli icrası.
Namizədə tələblər
- Ali təhsil;
- Sosial media platformalarından (Instagram, TikTok, Facebook və s.) aktiv istifadə bacarığı;
- Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dili biliyi üstünlük hesab olunur;
- MS Office proqramlarında işləmək bacarığı;
- Yüksək ünsiyyət və təşkilatçılıq bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və öyrənməyə açıq olmaq;
- Komanda ilə işləmək və eyni zamanda bir neçə tapşırığı idarə etmək bacarığı.
İş şəraiti və üstünlüklər
- Əmək haqqı: 800 Azn (əmək haqqı artandır);
- Karyera inkişafı imkanları;
- İş qrafiki: 6 günlük iş həftəsi
- Nahar və digər korporativ üstünlüklər
- Marketinq sahəsində peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Şirkətdaxili təlim və inkişaf proqramlarında iştirak;
- MADO brendinin marketinq layihələri, kampaniyaları və tədbirlərində aktiv iştirak imkanı;
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Marketinq Koordinatoru” qeyd olunması xahiş olunur.















