ReddCoin alternativ kriptovalyuta vahidi olaraq (Litecoin, Dogecoin kimi) 2014-ci ildə bazara ilk dəfə çıxdı. Digər kriptovalyutalar kimi satın alına, satıla bilər, məhsul və ya xidmətlər üçün ödəniş etmək və ödəniş almaq üçün istifadə oluna bilər. Ancaq ReddCoin digər coinlərdən fərqlənir.
O, digər kriptovalyutaların istifadə etdiyi “Proof of Work”, yəni işin sübut olunması və “Proof of Stake”, yəni dəyərin sübut edilməsi metodlarını birləşdirib, “PoSV” olaraq adlandırılan bir sistemə sahibdir. Bu fərqliliyi xüsusilə indiki vaxtda böyük bir problem halına gələn qlobal istiləşmə və həddindən artıq enerji istehlakı kimi problemlərin önünə keçirmək üçün yaxşı düşünülmüş həll adlandıra bilərik.
ReddCoin sosial bir kriptovalyuta olaraq önə çıxır. Yəni, istifadə məqsədi sosial platformalardan adət etdiyimiz “bəyənmə” nin bir simvoludur, hətta “super bəyənmə” deyə bilərik. Tutaq ki, sosial şəbəkədə diqqətinizi cəlb edən bir yazıya rast gəldiniz, ReddCoin sayəsində yazını paylaşan şəxsə hədiyyə edə bilər, daha gözəl statuslar hazırlamasına dəstək ola bilərsiniz. ReddCoin “Reddit” (/u/reddtipbot) və “Twitter” (@tipreddcoin) vasitəsilə çalışan bir məhsula sahibdir. Hər iki tətbiqi istifadə edərək ReddCoin qazanmısınzsa, sosial mediada bəyəndiyiniz məzmunların müəlliflərinə bəxşiş verə bilərsiniz.
ReddCoin-i bu qədər yaxşı edən nədir?
ReddCoin-i digər coinlərdən yaxşı mənada fərqləndirən xüsusiyyətlər var. Bitcoin-dən fərqli olaraq çox aşağı transfer haqqı ilə köçürülə bilir. Həmçinin köçürmələr orta hesabla bir dəqiqə ərzində təsdiqlənir və altı dəqiqə ərzində bir çox müəssisə sizin transferinizi təsdiqlənmiş kimi qəbul edir. Bitcoin-in bu proses üçün 1 saatlıq təsdiq müddətini nəzərə alsaq, ReddCoin həqiqətən əlverişlidir.
Bundan əlavə olaraq, ReddCoin aktiv istifadəçi sayına və tərtibatçı qrupuna sahibdir. Kriptovalyutaların mərkəzsiz olmasını nəzərə aldıqda cəmiyyət tərəfindən dəstəklənməsi ReddCoin-i ideal bir coin formasına gətirir. Platformaya qoşulmaq üçün www.reddcointalk.org və ya “Reddit” vasitəsilə /r/reddCoin səhifələrinə daxxil ola bilərsiniz.
ReddCoin-i necə əldə etmək olar?
ReddCoin ilk dəfə çıxdıqda “Proof of Work” texnologiyası ilə işə başlamışdı. Bitcoin-in istifadə etdiyi alqoritmə müraciət edərək kompüter gücü ilə şifrə həll edib yeni coinlər bu formada çıxarılmışdı. 2014-cü ilin avqustunda bu mərhələni bitirən ReddCoin təxminən 27 milyard coin çıxardı. Mədənçilik dövrü bitdiyi üçün ReddCoin artıq kompüter enerjisi ilə istehsal edilmir.
ReddCoin sahibi olmaq istəyirsinizsə, müxtəlif birjalardan ReddCoin satın ala, sosial mediada etdiyiniz paylaşımlar müqabilində ReddCoin hədiyyələri yığa və ya internetdəki anketləri dolduraraq, həmçinin reklamlara tıklayaraq ReddCoin əldə edə bilərsiniz. Həmçinin, ReddCoin-lərinizi “PoSV” texnologiyası sayəsində pulqabınızda saxlayaraq illik 5 % ReddCoin qazana bilərsiniz.