Yanvar ayı kriptovalyuta bazarı üçün çətin keçdi. Ən böyük kriptovalyuta hesab edilən Bitcoin 30 faizə yaxın dəyər itirdi. Bu da 2017-ci ilə qədər böyük nailiyyətlər qazanan Bitocin-in tənəzzül dövrünün gəlib çatmasına zəmin yaratdı.
Kriptovalyutaların ümumi bazar dəyəri yanvarın 7-də 830 milyard dollara qədər yüksəlsə də, ayın sonunda yarım trilyon dollardan aşağı olan göstərici bazardakı gərginliyin nəticəsi idi.
Yanvarda ən uğurlu kriptovalyutalar hansılar oldu?
Bununla yanaşı, bu qaranlıq ab-havada bir neçə kriptovalyuta bu qədər mənfi duruma baxmayaraq, yanvarda uğur qazanmağı bacardılar. Məsələn, VeChain, NEO, Populous and Stellar kriptovalyutaları ən çox dəyər qazananlar arasında idilər.
VeChain
Yanvardakı göstəricisi: +146 faiz
Ən yüksək nəticəsi: 22 yanvarda 9.55 dollar
1 yanvar qiyməti: 2.26 dollar
31 yanvar qiyməti: 5.58 dollar
Bazar dəyərinə görə mövqeyi: 18
VeChain, Çindəki təşkilati firmalarla əlaqəlidir. 2016-ci ilin sonundan bu yana internetin inqilabi xüsusiyyətindəki “the internet of things” (IoT) Blockchain-i istifadə etməyi planlaşdırır.
Ancaq tərəfdaşlıqlara baxmayaraq, 2017-ci ildə yaşanan kriptovalyuta bumu zamanı özünə bir çıxış yolu tapa bilmədi. Dekabrın sonlarında 1 dollara, noyabrda 0.20 dollara əməliyyat həyata keçirirdi.
Layihə Çin dövlət mediasının da diqqətini çəkdi və həmçinin blockchain həlləri tərtib və tətbiq etmək üçün Çin Milli Tütün Şirkəti ilə tərəfdaşlıq yaratdı.
Neo
Yanvardakı göstəricisi: + 95%
Ən yüksək nəticəsi: 194.70 dollar, yanvarın 15-də
1 yanvar qiyməti: 74.54 dollar
31 yanvar qiyməti: 145.76 dollar
Bazar dəyərinə görə mövqeyi: 7
Bəzən “Çinin Ethereum-u” adlandırılan Neo eyni olmayan şirkətlər arasında böyük rəqabətə əsaslanan uğurlu bir iqtisadiyyat qurmağı hədəfləyir.
Böyük maraq görən kriptovalyutadır. 2016-cı ilin dekabrında bazara çıxan Neo yeniliklərdən dolayı 2018-ci ilə uğurla başlayaraq Çinin ötən ay verilən ICO qadağasını ortadan qaldırdı.
Populous
Yanvardakı göstəricisi: + 72%
Ən yüksək nəticəsi: 29 yanvarda 75.60 dollar
1 yanvar qiyməti: 40.35 dollar
31 yanvar qiyməti: 69.78 dollar
Bazar dəyərinə görə mövqeyi: 23
Ethereum üzərində qurulan bir ticarət maliyyələşdirmə platforması olan Populous 3 trilyon dollarlıq alternativ ticarət krediti bazarında özünü ən yaxşı oyunçu kimi göstərməyi planlaşdırır.