Arizona Bitkoin-i vergi ödənişi forması kimi qanuniləşdirən ilk ABŞ ştatı ola bilər. Bunlar parlamentdə müzakirə edildiyi vaxtda Senatın Maliyyə Komitəsi tərəfindən qəbul olunub. Bununla yanaşı, ICO-ları tənzimləyən qanun layihəsinin hazırlanması da planlaşdırılıb. Böyük Kanyon ştatı kriptovalyuta dünyasında hər kəsə yer olduğunu bəyan edib.
İlk işartılar bəllidir
Bitkoin və digər kriptovalyutaların istifadə edilə biləcəyi sahələr üçün Arizona Dövlət Qanunvericiliyi İdarəsində müxtəlif irəliləyişlərin yarandığı qeyd olunur. Bunların içində yer alan SB1091 və SB1145 adlı qanun layihələri gəlir vergisi ödənişlərinin kriptovalyutalarla həyata keçirilməsini təmin edir. Digər bir qanun layihəsi olan HB2601 ICO-ları tənzimləmək üçün nəzərdə tutulub.
Nümayəndələrdən Cef Vayninger açıqlamasında “ABŞ-ın hər kəsə, dünyanın hər yerindəki insanlara Arizonanın blok zənciri və rəqəmsal valyuta texnologiyasının istifadə olunduğu bir yerə çevrilməsi üçün siqnal göndəririk”, – deyə bildirib. Vayninger həmçinin gələcək 5-10 il ərzində kripto texnologiyasının dünyanı internet kimi dəyişdirəcəyinə inanır.
Vayningerin dəstəklədiyi gəlir vergisi qanunvericiliyi yanvar ayının ortalarında 4 səsdən 3-nü qazanmaqla komitədən keçib. O, qanun layihəsi haqda bunları söyləyib:
“Gecə yarısı bunu edə bilmək, evdə kresloda uzanıb televizora baxaraq bunu edə bilmək… Güman edirəm, bir neçə ildən sonra bu problem aradan qalxacaq”.
Mənfi və müsbət cəhətləri
Kembric Universitetində aparılan araşdırmaya görə, kriptokratiya cüzdanlarının aktiv istifadəçilərinin sayı 5.8 milyona çatıb. Onlardan biri olan “Phoenix”-i təmsil edən iş adamı Cek Biltis geleceyin yolunun bu olduğuna inanır. Biltis açıqlamasında bunları deyib:
“Əslində, işçilərin maaşlarını Bitcoin vasitəsilə almağına və hətta müəyyən bir qismini Bitcoin-ə sərmayə qoymağa icazə veririk”.
401K ABŞ-da istifadə olunan bir investisiya vasitəsidir. İşçilərin əmək haqlarından tutulan pullar və şirkət bonuslarından yaranır. Bitlis yeni kripto texnologiyasının hazırda sahib olduğumuz kredit kartı və bank sistemini əvəz edəcəyinə inandığını vurğulayıb. Kriptokratiya ilə ucuz və sürətli pul köçürmələri mümkündür.
Digər bir qrup şəxs kriptovalyutalar ilə vergi ödəmək fikriylə o qədər də razılaşmır. Arizona Dövlət Senatının lideri Stiv Farli bütün vergi ödəyicilərinin Bitcoin-in qeyri-sabit strukturu səbəbiylə risk altında olduğunu düşünür. Farli yeni qanunun qəbul ediləcəyi təqdirdə kriptovalyutaların ticarətindən dövlətin məsuliyyət daşıdığını xəbərdar edib. Onun sözlərinə görə, vergi ödəyiciləri real valyutalarla ödəniş etməlidir.
“ABŞ dolları mənim üçün yaxşı bir seçimdir. Vergi ödəyən hər kəs üçün də ideal olmalıdır”.
Biltis “internet istifadəsi də əvvəlcə bir qədər həyəcanvericiydi. Dünya yaxın 20 ildə çox dəyişəcək. Gələcəkdə uğurlu insanlar bu texnologiyanı indidən mənimsəməyə başlayanlar olacaq”, – deyə qeyd edib.
Həmkarları arasında liderdir
Əksər ABŞ ştatı kriptovalyuta vahidlərini tənzimləmək üçün əhatəli qanun layihəsi qəbul etməyib, ancaq bəziləri müsbət qərarlarla yadda qalıb. Onlardan bir neçəsi səlahiyyətlilərin pul köçürən lisenziyalarının rəqəmsal valyutaları satmağına ehtiyac olmadığını xəbərdar edib. “Bitcoin Market Journal”-a görə, bu vəziyyət Bitcoin şirkətlərinin müştərilər üçün tətbiq etdiyi nəzarət qərarı lisenziyalaşdırılmadığı Texasdakı duruma bənzəyir.
Montanada pul köçürmələri haqqında qanun yoxdur. Bitcoin qaydalarının gələcəkdə həyata keçiriləcəyinə dair heç bir əlamət hiss olunmur. Nyu-Hempşirin qubernatoru Con Sununu iyunda rəqəmsal valyutalardan istifadə edən hər kəsi qeydlərdən azad edən bir qanun layihəsinə imza atmışdı.
Əgər baş verərsə, Arizonada vergilərin kriptovalyutalarla ödənişinin qəbul olunması ölkədə ilk belə hadisə olacaq. Oxşar bir qanun layihəsi Nyu-Hempşirdə iki il əvvəl Feniks Senatının lideri tərəfindən təklif olunsa da, müsbət qarşılanmamışdı. Arizona məclis üzvləri təklif edilən dəyişiklikləri təsdiqləsə, Böyük Kanyon ştatı iki il ərzində Bitcoin ilə vergi toplamağa başlaya bilər.