“Coinhoarder” olaraq adlandırılan ukraynalı haker qrupu elektron pul qablarının ən populyar sayğaclarından sayılan Blockchain.info istifadəçilərinin 50 milyon dollarlıq kriptovalyutasını oğurlayıb.
Bununla bağlı hazırlanan hesabatda hakerlərin “Google” üzərindəndə yayımlanan reklamları hədəf aldığı deyilir.
Haker qrupu, kripovalyuta ilə bağlı populyar axtarış açar sözlərində “Google” reklamlarını satın alıb. Və kriptovalyuta pul kisəsi sisteminin sürətini çıxararaq, çox bəsit üsulu işlək hala gətiriblər.
Qısacası, əgər “Blockchain” və ya “Bitcoin cüzdan” kimi terminləri axtarışa versəniz, Blockchain.info cüzdanları üçün xoş niyyətli görünən, pis niyyətli veb saytlara yönələ bilərsiniz.
Bu fırıldaqçılıq “Cisco” və Ukraynanın kiber polisi arasındakı 6 aylıq istintaqın nəticəsində ortaya çıxarılıb.
Qeyd edək ki, “Facebook” bu ilin əvəllindən bütün kriptovalyutaların reklamını qadağan edib. İndi isə “Google”-un sözügedən reklamları qadağan edəcəyi gözlənilir.