Türkiyədə dollar yeni həftəyə 3.75 lirə məzənnəsi ilə başlayıb. FED.az xəbər verir ki, qlobal bazarlarda dolların ucuzlaşması paralel olaraq dollar/TL kurslarındad da özünü göstərir.
Xatırladaq ki, ötən həftə Türkiyədə dolların məzənnəsi 3.80 lirəyədək yüksəlmişdi. Lakin həftənin son iş günündə dollar 3.79 lirəyə ticarət edilirdi.
Dolların əksinə olaraq avronun məzənnəsi qalxıb. Bu gün birjalarda Euro/TL 4.58 səviyyəsində hərəkət edir.
Avropa Mərkəzi Bankının (BVB) güzəştli pul siyasətini sərtləşdirməsini gözləyən avro, 2014-cü ilin dekabr ayından etibarən ən yüksək səviyyəyə - 1,22 dollara yüksəlib.
Türk lirəsi bahalaşdı - SON QİYMƏT

13:32
15 Yan 2018