“TRONİ İnvestisiya Şirkəti” QSC-nin müraciətinə əsasən, Bakı Fond Birjası 28 noyabr 2022-ci il tarixindən qeyd olunan investisiya şirkətini üzvlüyünə qəbul edib.
Bu barədə FED.az-a Birjadan bildirilib.
Qeyd edilib ki, Bakı Fond Birjasının üzvü olan investisiya şirkətlərinin sayı 12-yə yüksəlib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.