Azərbaycanın tanınmış İnvestisiya şirkəti «PSG kapital» qiymətli kağız sahiblərinə 1 milyon manatlıq əks –repo təklif edir.
Şirkətdən FED.az-a verilən məlumata görə, bu təklifdən Maliyyə Nazirliyinin istiqrazlarına sahib olan istənilən hüquqi və fiziki şəxs istifadə edə bilər. Belə kağızların sahibi «PSG Kapitaldan» 5 günlük müddətə illik 11%-lə 1 milyon manat həcmində kredit götürə bilər. Vaxt başa çatdıqdan sonra vəsait şirkətə qaytarılmalıdır. Qeyd edək ki, REPO əməliyatları inkişaf etmiş qiymətli kağızlar bazarı olan ölkələrdə çox populyardır. İri şirkətlər və ya böyük maliyyə əməliyyatları aparan fiziki və hüquqi şəxslər REPO əməliyyatı vasitəsilə özlərinin ani likvidlik təoləbini ödəyə bilirlər.
ƏKS-REPO TƏKLİFİ Predmeti - AR Maliyyə Nazirliyinin istiqrazları
Müddət - 5 günlük Həcm - 1.0 mln AZN
Faiz dərəcəsi – 11%
Sizə 1 milyon manat lazımdır? - ƏKS-REPO TƏKLİFİ
13:25
25 Yan 2018