Səudiyyə Ərəbistanda korrupsiya iddiası ilə həbs edilən adlar arasında olan milyarder iş adamı Şahzadə Əl Vəlid bin Talal-ın sahibi olduğu "Kingdom Holdinq"in səhmləri, Şəhzadənin sərbəst buraxılmasının ardından yüksəlişə keçib.
Şahzadə Bin Talala aid beynəlxalq investisiya şirkəti "Kingdom Holdinq"in səhmləri, Ər-Riyad birjasında 10 faiz bahalaşıb.
Sərbəst buraxılan Səudiyyə iş adamlarından Favaz Abdulaziz Alhokairin şirkətinin səhmləri də 7,6% artıb.
18 milyard dollara yaxın sərvətilə Səudiyyə Ərəbistanının ən varlı adı olan Şahzadə Bin Talal, Twitter və Citigroup kimi beynəlxalq şirkətlərin ortağı olaraq dünya miqyasında tanınan bir addır.