Bu ilin yanvar-aprel aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 4 milyard 685,779 milyon manat təşkil edib.
Mərkəzi Bank 168 və 252 günlük notları – BU FAİZLƏRLƏ YERLƏŞDİRDİ
FED.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 % azdır.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 6,75 % azalaraq 3 342 olub.
BFB-nin dövriyyəsinin 33,5 %-i, yaxud 1 milyard 569,53 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 55,55 % azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 30,9 % artaraq 521,587 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 2,1 % artaraq 2 milyard 594,663 milyon manat olub. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.