4 may tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) iki not buraxılışı yerləşdirilib.
FED.az xəbər verir ki, ümumi məbləği 30 milyon manat olan 168 günlük AZ2079024702 dövlət qeydiyyat nömrəli notlara 15 investor tərəfindən 17 sifariş gəlib. Sifarişlərin həcmi 41,46 milyon manat, qiymət intervalı 9,599.5100 (8.94%) manat və 9,649.3000 (7.79%) manat olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,615.0148 (8.58%) manat, orta ölçülmüş qiyməti isə 9,628.7764 (8.26%) manat olaraq müəyyən edilib və 30 milyon manatlıq notlar yerləşdirilib. Notların ödəmə tarixi 19.10.2023-cü ildir.
Ümumi məbləği 30 milyon manat olan 252 günlük AZ2080024709 dövlət qeydiyyat nömrəli notlara isə 14 investor tərəfindən 15 sifariş gəlib.
Sifarişlərin həcmi 38 milyon manat, qiymət intervalı 9,385.7056 (9.35%) manat və 9,439.0380 (8.49%) manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,407.3377 (9.00%) manat, orta ölçülmüş qiyməti isə 9,413.6817 (8.90%) manat olaraq müəyyən edilib və 30 milyon manatlıq notlar yerləşdirilib. Notların ödəmə tarixi 11.01.2024-cü ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.