Dünən Avropa Mərkəzi Bankının (AMB) faiz qərarı və ABŞ-ın üçüncü rüb üçün güclü ÜDM göstəriciləri dolların avro və digər major valyutalar qarşısında yüksəlməyi ilə nəticələndi. Lakin ticarət sessiyasının sonuna doğru dollar korrektiv olaraq ucuzlaşmağa başladı.
Bu həftə səhmləri ən çox bahalışıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI
Bugün səhər EUR/USD məzənnəsi 1.0568 səviyyəsində, GBP/USD məzənnəsi 1.2140 səviyyəsində, USDJPY məzənnəsi isə 150.17 səviyyəsində ticarət olunur. Hazırda dollar indeksi 106.5 bənd səviyyəsində qərarlaşıb.
ABŞ-da oktyabrın 21-də bitən həftə üçün işsizlik müavinəti üçün müraciət edənlərin sayı 210 min nəfər təşkil edib.
Bugün Bakı vaxtı ilə saat 14:00-da baş tutacaq Avropa Birliyi sammiti investorların diqqət mərkəzində olacaq əsas hadisələrdən biridir. Həmçinin ABŞ-dan açıqlanacaq əhalinin şəxsi xərcləri ilə bağlı göstəricilər də birjalarda qiymətlərin formalaşmaslına təsir edə bilər.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.