ABŞ-da 10 illik dövlət istiqrazlarının gəlirliliyi investorların Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini yüksək tutması ehtimalların artması fonunda 5.021%-ə çatıb. İstiqraz üzrə təklifin və uzunmüddətli olduqları üçün bonusların artması da gəlirliliyin artmasına səbəb olub.
İsrail-Həmas toqquşmalarının daha geniş regional münaqişəyə çevrilməsi riski bazarları təzyiq altında saxlamağa davam edir.
Avropa Mərkəzi Bankının (AMB) cümə axşamı günü keçiriləcək monetar siyasət toplantısı və faiz qərarı öncəsi avro dollar qarşısında bir qədər bahalaşıb. Həftəni 1.0572 səviyyəsində açan EUR/USD cütlüyü, hal-hazırda 1.0679 səviyyəsində ticarət olunur.
“Bitcoin”-ın dəyəri isə 18% artaraq, 35 min dollar həddinə çatıb və bununla ilin yeni zirvəsini təyin edib.
Bugün Almaniyadan, Böyük Britaniyadan, Avropadan və ABŞ-dan açıqlanacaq önəmli statistik məlumatlar investorların diqqət mərkəzində olacaq. Həmçinin Bakı vaxtı ilə saat 16:30-da Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı da dünya birjalarında tendensiyaların formalaşmasına ciddi təsir edə bilər.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.