Dünən ABŞ Federal Ehtiyatlarlar Sisteminin (FED) Federal Açıq Bazar Komitəsinin (FOMC) son toplantısının protokolları dərc olunub.
«İnvest-Az İnvestisiya Şirkəti»nin dövriyyəsi – 5 DƏFƏ ARTIB
FED-in sentyabr iclasının iştirakçılarının əksəriyyəti növbəti sessiyada faiz dərəcəsinin artırılmasının məqsədəuyğunluğunu qeyd etmiş, lakin iclasın protokollarına əsasən, monetar siyasətin sərtləşdirilməsində ehtiyatlı olmağın zəruriliyini bəyan etmişlər.
Toplantıda qeyd olunub ki, sessiya öncəsi makroiqtisadi məlumatlar inflyasiyanın yavaşladığını göstərir, lakin 2%-liq hədəfə doğru irəlilədiyinə əmin olmaq üçün, daha çox iqtisadi göstərici tələb olunur.
Bügun Böyük Britaniyadan açıqlanacaq Ümümi Daxili Məhsulun həcmi və Ticarət Saldosuna dair makroiqtisadi məlumatlar, eləcə də ABŞ-dan İstehlak Qiymətləri İndeksi və İşsizlik Müavinətı Üzrə Ərizələrin Sayı kimi önəmli iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir.
Həmçinin Bakı vaxtı ilə saat 15:00-da "OPEC"in dərc olunacaq aylıq hesabatı neft qiymətlərinə ciddi təsir edə bilər.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.