Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət tədbirləri çərçivəsində iki bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb olunub.
Mərkəzi Bankdan “Greentek Group” və “Paysis” MMC barədə – RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsi və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulmasına görə BOKT İDK MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə əsasən 2 000 manat məbləğində cərimə edilib.
Eyni pozuntuya görə “Prior Credit” BOKT ASC-nin vəzifəli şəxsi də inzibati məsuliyyətə cəlb olunaraq 3 000 manat cərimə olunub.
Mərkəzi Bankın açıqlamasına görə, hər iki halda pozuntular kredit reyestrinə məlumatların verilməsi tələblərinin düzgün icra olunmaması ilə bağlıdır.
BOKT “İDK” 2011-ci ildə təsis edilib, 802 min manat nizamnamə kapitalı var. BOKT-nin nizamnamə kapitalının 100%-i Əliyar Əsgərov adlı şəxsə məxsusdur. Ə.Əsgərov həmçinin Müşahidə Şurasına sədrlik edir.
“Prior Credit” 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,1 milyon manatdır. BOKT-un təsisçisi 100 % “Prior Leasing” ASC-dir.














