"Uzunmüddətli investisiya inamla, etibarla başlayır. Azərbaycan isə investorlara sağlam fiskal əsaslar və ağlabatan iqtisadi siyasətlə dəstəklənən sabit və dayanıqlı bir iqtisadi mühit təklif edir".
Mikayıl Cabbarov Azərbaycanda iqtisadi artımın zəifləməsinin - SƏBƏBİNİ AÇIQLAYIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində keçirilən “Azərbaycan investisiya perspektivləri forumu 2026” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın strateji valyuta ehtiyatları Azərbaycanın ÜDM-ni (Ümumi Daxili Məhsulunu) üstələyir:
"Azərbaycanın strateji valyuta ehtiyatlarının ümumi məbləği 88 milyard dollar təşkil edir".
"Qlobal miqyasda ən aşağı dövlət borcu səviyyələrindən birinə malik olmaqla yanaşı, bu, iqtisadi sabitlik, investor inamı və uzunmüddətli inkişaf üçün möhkəm bir təməl təmin edir. Bu fundamental göstəricilər, təbii ki, Azərbaycana sabit proqnozla investisiya reytinqi verən aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən də tanınır, - deyə nazir qeyd edib.















