Dünya bazarında qızılın qiyməti növbəti rekord vurub.
FED.az xəbər verir ki, bu gün ABŞ-da «Comex» birjasında 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 3 980 dolları keçərək bütün zamanların ən yüksək həddinə çatıb.
Birja məlumatlarına görə, qiymətli metalın qiyməti gün ərzində 1,89% artaraq bir unsiya üçün 3983 dollara çatıb.
Başqa sözlə, qızılın qramı 128,4 dollara çatıb.
Xatırladaq ki, ekspertlər bu ilin sonuna qədər qızılın unsiyasının 4000 dollara çatacağını bildirirlər.
Qızılın rekord qiymət artımı ABŞ hökumətinin fəaliyyətini dayandırması və Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrinin daha da azaldılması ilə bağlı gözləntilər fonunda baş verir. Ekspertlərin fikrincə, mövcud qeyri-müəyyənlik investorları daha təhlükəsiz aktiv hesab olunan qızıla yatırım etməyə, bu da dünya bazarında qızıla tələbatın artmasına səbəb olur.
Xatırladaq ki, son dövrlər mərkəzi banklar da sürətlə qızıl alırlar. Qazaxıstan Milli Bankı bu ay ən çox qızıl alıcısı olub, Bolqarıstan Milli Bankı və El Salvador Mərkəzi Ehtiyat Bankı da bu siyahıdadır.