Dünya bazarında qızılın bu saata olan qiymətində bahalaşma qeydə alınıb.
FED.az xəbər verir ki, qızıl 2,10 dollar və ya 0,16% bahalaşaraq 1,331 dollar olub.
Məlumata görə, gümüşün qiymətində də bahalaşma müşahidə olunur. Belə ki, gümüş qiyməti 0,11 dollar və ya 0,63% bahalaşaraq 16,68 dollara yüksəlib.
Pambığın dünya bazarındakı qiyməti də bahalaşıb. Belə ki, pambığın 1 kiloqramının qiyməti 0,48 dollar və ya 0,63% bahalaşarıq 1,68 dollar olub.
Qızıl, gümüş, pambıq bahalaşdı - QİYMƏTLƏR

09:29
7 Fev 2018