Dünyada geosiyasi vəziyyətin daha təhlükəli hal alması durumunda, qızılın qiyməti 2018-ci ilin sonuna qədər 1 500 dollar/unsiyaya kimi yüksələ bilər.
Bu proqnozla ABŞ-ın nüfuzlu "Goldman Sachs" bankının Qlobal xammal araşdırmaları Departamentinin rəhbəri Cefri Köri (Jeffrey Currie) çıxış edib.
"Çin və Cənub-Şərqi Asiya ölkələri, həmçinin inkişaf etməkdə olan ölkələr tərəfindən tələb artmaqda davam edir və bu, qiymətləri artırır", - deyə Körri "Bloomberg" telekanalına müsahibəsində bildirib.
Körri "Goldman Sachs"ın normal durumda 2018-ci il sonu üçün qiymət proqnozunun 1 375 dollar/unsiya, geosiyasi gərginlik yaranacağı təqdirdə isə 1 400 dollar, hətta 1 500 dollar/unsiyaya yüksəlmə ehtimalının olduğunu qeyd edib.