8 sentyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106017780 ISIN-li, 20 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Eləcə də bax: Azərbaycanda 23 şirkətin səhmləri satışa çıxarıldı – Satış qiymətləri - Siyahı
FED.az BFB-yə istinadən xəbər verir ki, hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 92.5067 AZN (12.0501%) və 100.7775 (8.6999%) olan 17 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.4871 (9.9900%), orta ölçülmüş qiyməti 97.7505 (9.8847%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 75,490,300.00 AZN yerləşdirilmiş həcmi isə 30 mln. manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 5 sentyabr 2023-ci il.
Hərrac iştirakçıları 9 sentyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.