«AzFinance» İnvestisiya Şirkəti aktivlərin idarə edilməsi xidməti üzrə idarəetməyə cəlb edilmiş aktivlərini 47 milyon manata çatdırıb.
Şirkətdən FED.az-a verilən məlumata görə, şirkət bu ilin noyabr ayında da müştərisi ilə2 illik investisiya siyasəti bağlayıb və 2 milyon manat vəsait cəlb edib. AzFinance İnvestisiya Şirkəti idarəetməyə verilmiş aktivlərin həcmini 100 milyon manata kimi qaldırmağı planlaşdırır. Əvvəlki illərdə də Şirkət müştərilərinə aktivlərin idarə edilməsi xidmətini göstərmişdir. 2016-cı ildə Şirkət bir strategiya üzrə cəlb olunmuş 3 milyon manat vəsaiti 1 il ərzində idarə edərək müddətin sonunda 25% gəlir əldə etmişdir. Həmin investisiya siyasəti üzrə vəsaitlər yalnız Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazlarına yatırılmış və intensiv alış-satış əməliyyatları ilə gəlirliyi 25%-ə kimi qaldırıb.
Pulunu idarə edə bilməyənlər bu şirkətə verir – 47 MİLYON MANAT

10:05
21 Dek 2017