Dünya bazarında neftin qiyməti çətin ki, 3 il əvvəlki səviyyəyə qayıtsın. "RİA Novosti" xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
"Hazırki qiymətlər neft bazarının fundamental amillərinə əsaslanır. 60 dollar/barel səviyyəsi neft bazarını obyektiv şəkildə əks etdirir. Cari proqnozlar bir il əvvələ nəzərən daha nikbindir. O zaman qiymətləri 50-55 dollar/barel səviyyəsində olacağı ehtimal edilirdi", - deyə o, qeyd edib.