Dünya birjalarında neft ucuzlaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,55 dollar və ya 0,95% azalaraq 63,95 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,53 dollar və ya 0,77% ucuzlaşaraq 68,48 dollar təşkil edib.