İyulun 26-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106017947 ISIN-li, 40 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən FED.az-a bildirilib ki, hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 93.7782 AZN (7,5 faiz) və 99.5625 AZN (5,30 faiz) manat olan 31 sifariş təqdim olunub.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 97.7422 AZN (5,9751 faiz) manat, orta ölçülmüş qiyməti 98.0049 AZN (5,8767 faiz) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 131 milyon 462 min 300 manat, yerləşdirilmiş həcmi isə 40 milyon manat olub.
İstiqrazlar 2025-ci il iyunun 24-də ödəniləcək. Hərrac iştirakçıları iyulun 27-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.