İyulun 5-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 30 milyon manatlıq, 5 il müddətli (1820 gün) dövlət ortamüddətli istiqrazlarının (DOİ - AZ0108018943 ISIN-li) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərracda 3 investor tərəfindən qiymət intervalı 88.1309 AZN (9%) və 95.8830 AZN (6.9898%) olan 5 sifariş təqdim edilib. Sifarişlərin ümumi həcmi 46,3 milyon manat olub.
Başqa sözlə, investorlar istiqrazlar üzrə 7%-9% arasında gəlirlik istəyiblər. Amma Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.8404 AZN (7.5%), orta ölçülmüş qiyməti 94.4554 AZN (7.3449%) müəyyən edilib. Yəni gəlirlilik 7,3%-7,5% arasmında müəyyən olunub, nəticədə ümumi məbləği 30 milyon manat olan istiqrazların yalnız 12,4 milyon manatlıq hissəsi yerləşdirilib.
İstiqrazların ödəmə tarixi 29 iyun 2027-ci il.
Hərrac iştirakçıları 6 iyul 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.