Sosial media nəhəngi “Facebook” Bitcoin və ICO reklamlarını qadağan edən yeni bir reklam siyasəti açıqlayıb.
Şirkətin məhsulun idarə edilməsi rəhbəri Rob Lezhern yanvarın 30-da dərc olunan bloqunda yeni siyasətin aldadıcı və ya aldatmağa istiqamətli maliyyə məhsulları və xidmətləri dəstəkləyən reklamlar, kriptovalyuta ticarəti, ICO promosyonlarını əhatə etdiyini söyləyib. O, sözlərinə bu cür davam edib:
“İnsanlardan yalan və ya saxtakarlıq qorxusu olmadan “Facebook” reklamlarıyla yeni məhsul və xidmətləri kəşf etməyə və onları öyrənməyə davam etmələrini istəyirik. Bununla yanaşı, hazırda yaxşı niyyətlə fəaliyyət göstərməyən ikili standartlar, ICO-lar və kriptovalyuta vahidləri reklamı verən bir çox şirkət var”.
Sosial media saytında olan istifadəçilərin bir çoxu güman ki, yüksək investisiya gəlirləri vəd edən reklamlar, yəni erkən iştirak üçün hədiyyələr paylayan reklamlarla qarşılaşdı. Bununla yanaşı, istifadəçilər sərmayə qoya biləcəkləri kripto-bazar reklamları ilə də qarşılaşıblar.
“Facebook” Bitcoin və ICO qadağasını digər platformalara da tətbiq edə bilər
Lezhern belə reklamlar üçün saxta fəaliyyətlərə qarşı hazırlanan siyasəti müdafiə edib. Bu siyasətin “Instagram” da daxil olmaqla, “Facebook”-un mənfəətləri çərçivəsində digər platformalara da ayaq açacağını bildirib.
Hazırda bu siyasətin davam edəcəyini, lakin gələcəkdə dəyişdirilə biləcəyini vurğulayıb. Bunun nə vaxt baş tutacağını isə bilmədiyini qeyd edib. Lezhern fikrini belə sona çatdırıb:
“Bu siyasət vasitəsilə aldadıcı və yanıldıcı reklam tətbiqlərini daha yaxşı başa düşmək üçün çalışırıq. Bunu “Facebook”-dan sonra “Instagram” kimi platformalara da tətbiq edəcəyik”.