Dünyanın kriptovalyuta bazarında kütləvi ucuzlaşma qeydə alınıb. FED.az xəbər verir ki, fevralın 9-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 74-ü ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 138 dollar və ya 1,6% ucuzlaşaraq 8044 dollara enib. Son bir həftə ərzində isə bitkoin 682 dollar və ya 7,8% ucuzlaşıb.
Etheriumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 16 dollar və ya 1,9% ucuzlaşaraq 803 dollar olub. Son həftə ərzində isə Etherium 153 dollar və ya 16% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox ucuzlaşma Golem-də(11,14%), ən çox bahalaşma isə Bitcoin Cash-də(24,37%) müşahidə olunub.
Kriptovalyutalar ucuzlaşmağa başladı – QİYMƏTLƏR
09:26
9 Fev 2018