Dünya Bankının prezidenti Cim Yon Kim kriptovalyutaları "piramida"larla müqayisə edərək, "bitcoin" kimi əsas kriptovalyutaların legitimliyinin tanınması məsələsini qaldırıb. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
"Bitkoinin və bəzi kriptovalyutaların istifadəsinə gəlincə, hələ də onların necə işləyəcəyi aydın deyil", - deyə Bankın rəhbəri Vaşınqtonda çıxışı zamanı bildirib.
"Blokçeyn texnologiyası diqqətlə izlənir. Bu texnologiyanın inkişaf etməkdə olan ölkələrdə tətbiqinə ümidi var. Belə olarsa, pulların hərəkətinə nəzarət etmək və korrupsiyanı azaltmaq mümkün olacaq", - deyə C.Y.Kim əlavə edib.