Cənubi Koreyanın maliyyə naziri Kim Donq Yeon verdiyi açıqlama ilə ölkədə kriptovalyuta ticarətinin qadağan edilməsinin heç vaxt müzakirə mövzusu olmadığını bildirib. Nazir kriptovalyutaların tənzimlənməsi ilə bağlı verilən sualları belə cavablandırıb:
“Hökumət olaraq əsas hədəfimiz kriptovalyuta birjalarının tənzimlənməsidir. Bunun xaricində yaxın zamanda heç bir hədəfimiz yoxdur”.
Hökumətin bu həmləsi ilə qonşu Çindəki hadisələrə nisbətdə daha mülayim bir siyasət tətbiq etməsi bunun son dövrlərdə böhran yaşayan kriptovalyuta bazarına necə təsir edəcəyini sual altında saxlayır.
Cənubi Koreya kriptovalyuta ticarətində xüsusilə anonim və virtual hesablarla edilən kriptovalyuta ticarətinə qarşı ciddi mübarizə aparır. Ölkədə daha əvvəl də açıqlandığı kimi virtual hesablarla kriptovalyuta ticarəti həyata keçirmək qadağandır. Cənubi Koreya birjalarında ticarət reallaşdıran vətəndaşların kriptovalyuta hesabları məlumatları ilə dövlət banklarındakı hesab məlumatlarına riayət edilməsi əsas şərtdir. Bunun əksinə davrananları ciddi pul cərimələri gözləyir.
Lakin son dövrlərdə yayılan bəzi xəbərlərdə ölkənin kriptovalyuta ticarətini bütünlükdə qadağan etməyi düşündüyü bildirilir. Bu durum bazarlara öz təsiri ilə yadda qalmışdı. Cənubi Koreya xüsusilə dünya kriptovalyuta ticarətinin böyük bir hissəsinə nəzarət etdiyi üçün ölkədə yayılan kriptovalyuta ilə bağlı xəbərlərin bazara təsir etməsi qaçılmazdır.
Cənubi Koreya hökumətinin əsas hədəfinin birjaları tənzimləmək olduğunu söyləmək lazımdır. Xüsusilə, kriptovalyutaların istifadə olunduğu çirkli pulların yuyulması, vergidən yayınma və terror maliyyələşdirilməsi kimi hallar qarşısında özünü sığortalamaq istəyən hökumət bu müstəvidə addımlar atmağa başlayıb.
Yanvarın 11-də bəzi mətbu orqanlarda yer alan Cənubi Koreya hökumətinin kriptovalyuta ticarətini birdəfəlik qadağan edəcəyi ilə bağlı xəbərlər ən azından hazırki dönəm üçün həqiqəti əks etdirmir. Bunun bazarlara necə təsir edəcəyini isə zaman göstərəcək.