BOKT “International” ASC 22 aprel 2025-ci il tarixində Bakı Fond Birjasında istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək.
NVIDIA zirvəyə, Meta isə enişə keçdi : Səhmlər dünənu necə tamamladı? - QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayıb. Ticarətə çıxarılacaq istiqrazlar üzrə “Ticarətə İcazə” qərarı 10 aprel 2025-ci il tarixində Listinq Komitəsi tərəfindən təsdiqlənib.
İstiqrazlar faizli, təminatsız, sənədsiz və adlı formatda buraxılır. Onların ümumi sayı 250 ədəd, hər birinin nominal dəyəri isə 1,000 manatdır. Beləliklə, istiqrazların ümumi buraxılış həcmi 250,000 manat təşkil edir.
İllik gəlirlilik faizi 15% olan bu istiqrazlar üzrə ödənişlər hər 30 gündən bir həyata keçiriləcək. Qeyd edək ki, ödənişlərin hesablanmasında il 360 gün olaraq götürülür və bu qayda tədavül müddətinin sonunadək qüvvədə olacaq. İstiqrazların tədavül müddəti 2 il olaraq müəyyən edilib.
İstiqrazların yerləşdirilməsi rəqabətli və kütləvi hərrac üsulu ilə aparılacaq. Hərracda yerləşdirmə və ticarət prosesinin anderrayteri kimi “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC çıxış edəcək.
Emitentin adı |
BOKT "International” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2030021029 |
İstiqrazların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması |
Kütləvi/ Rəqabətli hərrac |
İstiqrazların sayı |
250 ədəd |
İlkin ticarət qiyməti |
1,000 manat |
İstiqrazların buraxılış həcmi |
250,000 manat |
İllik gəlirlilik faizi |
15% |
Ödəmə Periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir. |
Tədavül müddəti |
2 il |
Ticarətə buraxılma tarixi |
22.04.2025 |
Anderrayter |
“PAŞA Kapital İ.Ş.” QSC |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.