"Əksər rəqəmsal valyutalar hazırkı formasında qala bilməyəcək və investorlar kriptovalyutalarda bütün pulların itirilməsinə hazır olmalıdır". FED.az xəbər verir ki, bunu ABŞ-ın nüfuzlu "Goldman Sachs" bankının İnvestisiya araşdırmaları Departamentinin rəhbəri Stiv Strongin (Steve Strongin) bildirib.
Ötən ay kapitallaşmanın 500 mlrd. dollarını itirən kriptovalyuta bazarında vəziyyət daha da pisləşə bilər. Strongin hesab edir ki, gələcəkdə çox az sayda kriptovalyuta rəqabətə davam edə biləcək. Mövcud olan kriptovalyutaların yox olacağı vaxtı dəqiq proqnozlaşdırmayan ekspert bildirib ki, qiymətlərdəki kəskin dalğalanmalar bazarda "köpük" yarandığını göstərir. Strongin az sayda investorun bütün bazarı ələ aldığını, müxtəlif kateqoriyadan olan kriptovalyutaların bir yerdə alınıb satılmasının doğru olmadığını qeyd edib.