Bu gün Bakı Fond Birjasında İpoteka və Kredit Zəmanət Fondunun 25 mln. manatlıq (hər birinin nominal dəyəri 1 000 manat olan 25 000 ədəd istiqraz), 23 il (8 280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az BFB-yə istinadən xəbər verir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1 004,5833 manat olub.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 mln. manat təşkil edib və qiymətli kağızların hamısı yerləşdirilib.
İstiqrazların ödəmə tarixi 8 sentyabr 2040-ci ildir.