Dünyanın 500 ən zəngin adamı dünənki fond birjası indekslıərində kəskin azalma fonunda 114 mlrd. dollar vəsait itiriblər. Bu barədə məlumatı "Bloomberg Billionaires Index" yayıb.
"Bloomberg" agentliyinin məlumatına görə, ən çox zərər edən "Berkshire Hathaway" investisiya şirkətinin sahibi Uorren Bafet (Warren Buffet) olub. O, dünən 5,1 mlrd. dollar itirib. Mark Tsukerberq (Marc Zuckerberg, "Facebook") 3,6 mlrd. dollar, Cef Bezos (Jeff Bezos, "Amazon") 3,3 mlrd. dollar, Lari Peyc (Larry Page) və Sergey Brin ("Google") hərəyə 2,3 mlrd. dollar, Bil Geyts (Bill Gates, "Microsoft") isə 2,25 mlrd. dollar zərər ediblər.
Qeyd edək ki, dünən ABŞ fond birjası indeksləri 3,8-4,6% azalma ilə üzləşib.