Dünyanın ən böyük neft şirkəti sayılan «Saudi Aramco» 2022-ci ilin 3-cü rübünü 42,4 milyard dollar xalis mənfəətlə başa vurub.
Səudiyyə Ərəbistanının milli neft şirkəti olan «Saudi Aramco» neft qiymətlərinin yüksək olması səbəbindən xalis mənfəətini ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz artaraq 42,4 milyard dollara çatdırıb.
Şirkət bu dövrün nəticəsi olaraq səhmdarlarına 18,8 milyard dollar ödəmə ilə bu sahədə dünyada ən yüksək ödənişi həyata keçirəcək.
Şirkət aprel-iyun dövründə 48 milyard dollar xalis mənfəət açıqlayıb.Beləliklə, üçüncü rüb mənfəətinin neft qiymətlərinin yüksək olmasının təsiri ilə şirkətin ictimai təklifindən sonra əldə etdiyi ikinci ən böyük xalis mənfəət olması diqqət çəkirdi.
Şirkət ötən ilin eyni dövründə 30,4 milyard dollar xalis mənfəət əldə edib.
Şirkət öz bəyanatında bildirib ki, rüb üçün 42,4 milyard dollar xalis mənfəət "əsasən yüksək xam neft qiymətləri və artan həcmdən qaynaqlanıb".
Səudiyyə Aramco-nun baş icraçı direktoru (CEO) Amin Nasser bildirib ki, neftə tələbat qarşıdakı 10 ildə də yüksək olacaq: «Bizim uzunmüddətli fikrimiz neft tələbinin davam edəcəyidir. dünyanın daha əlverişli və etibarlı enerjiyə ehtiyacı nəzərə alınmaqla, növbəti 10 il ərzində yüksələcək».
Səudiyyə Ərəbistanı səhralarında böyük neft ehtiyatları ilə dünyanın ən ucuz neft hasil edən ölkələrindən biri kimi tanınır.
Beynəlxalq Maliyyə İnstitutunun (IIF) məlumatına görə, neftin bir barelinin qiymətinə görə hər 10 dollar artımdan Səudiyyə Ərəbistanı ildə əlavə 40 milyard dollar qazanır.