Dünyanın ən böyük maliyyə piramidasını quran Bernie Madoff 82 yaşında həbsxanada vəfat edib.
FED.az xəbər verir ki, Madoff ötən gün ABŞ-ın Şimali Karolinadakı federal həbsxanada təbii səbəblərdən öldüyü bildirilib. Keçən il Madoffun vəkilləri böyrək xəstəliyi və pisləşən sağlamlıq vəziyyəti səbəbiylə Madoffun sərbəst buraxılmasını istəmişdilər amma bu istək rədd edilmişdi.
Milyardlarla dollar sərmayə qoyan minlərlə müştərisi olan Madoff, təxminən 60 milyard dollarlıq fırıldaqçılıq etdiyini etiraf etmiş və 2009-cu ildə 150 il həbs cəzasına məhkum edilmişdi.
«Bernard L. Madoff» şirkəti 20 il ərzində «Uoll-strit»in ən etibarlı şirkətlərindən sayılırdı.
Bernard Meddoff ABŞ-da və və ümumiyyətlə bütün dünyada ən böyük maliyyə fırıldağının müəlliflərindən biridir.
O 22 yaşında «Bernard L. Madoff Investment Securities» investisiya şirikəti yaratmış və sonrakı 50 il ərzində bu şirkət ən etibarlı imici olan şirkət kimi tanınmışdı. Uoll-stritdə Meddov iri maliyyə meneceri və investisiya sahəsində novator - yenilikçi kimi tanınınırdı. Bu reputasiyasına görə o hətta 1990-1993-cü illərdə NASDAQ birjasının direktorlar şurasının sədri vəzifəsində də çalışmışdı. «Madoff Investment»in müştəriləri arasında banklar, xeyriyyə təşkilatları, hec fondlar və məşhur şəxslər vardı.
Şirkətin fırıldaqla məşğul olduğu 2008-ci ildəki maliyyə böhranında ortaya çıxdı. Belə ki, bir neçə iri investor şirkətdəki pulunu geri götürmək istəyəndə əslində ortada pulların olmadığı və şirkətin bütün işinin fırıldaq üzərində qurulduğu aşkar edildi.
Fırıldağın miqyasları hətta ABŞ üçün böyük idi – burada dünyanın 137 ölkəsindən 37 min investorun yatırdığı ümumilikdə 65 milyard dollar batmışdı.
Medoff öz şirkətində klassik maliyyə piramidası fırıldağı sayılan «Ponsi sxemi»ndən (Ponsi vaxtilə ABŞ-da yaşamış məşhur italyan fırıldaqçısıdır – FED.az) istifadə etmişdi. Bu sxemdə yatırılan pullar dövriyyəyə buraxılmır, sadəcə banklara yatırılır, investorların qazancı isə buraya yeni qoşulanların hesabına ödənilirdi.
Meddof bu sistemi 20 il işlədə bilmiş, hətta ABŞ-ın maliyyə bazarları üzrə tənzimləyicisi olan qiymətli kağızlar və birjalar üzrə komissiyasını (SEC) da aldatmışdı.
Belə ki, onun qardaşı Piter Medoff kommisiyaya 4 min şübhəli hşesabdan yalnız 22-si barədə məlumat vermişdi.
2008-ci ildə vəziyyətin pisləşdiyini və fırıldağın üstünün açılacağnı görən Meddof – deabrın sonunda Yeni il ərəfəsində bu barədə ailə üzvlərinə – oğullarına məlumat verir, iş adamı bildirir ki, ilk növbədə öz ailəsini xəbərlar etmək istəyir ki, sonradan yayılacaq pis xəbərlər ailəsi üçün sürpriz olmasın. «Mən yalnız Yeni ili sizinlə qarşılayıb, yanvarın 1-də məhkəməyə təslim olacam»-deyə milyonçu övladlarına vəziyəti izah etmişdi. Amma baş verənlərdən sarsılan oğulları elə sabahı gün onu polisə təhvil vermişdilər.
Fırıldağın üstü açılandan sonra 2009-cu ildə Medoff özünü günahkar olduğunu etiraf etdi və Nyu-York məhkəməsinin hökmü ilə 150 il iş aldı. Onnula yanaşı, qardaşı Piter və bəzi əməkdaşlar da həbs edildi, amma onlara cəmi 10 il iş verildi.
Ümumilikdə məhkəmənin hökmü ilə Meddof investorlara 17 milyard dollar qaytarmalı idi, amma bunun cəmi 14,2 milyard dolları qaytarıldı, qalan vəsaitlər isə batdı.