Dünya birjalarında neft ucuzlaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,64 dollar və ya 1,04% ucuzlaşaraq 61,04 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,50 dollar və ya 0,76% enərək 64,92 dollar olub.
Dünya birjalarında NEFTİN QİYMƏTİ
09:24
22 Fev 2018