Dünya birjalarında neft ucuzlaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,75 dollar və ya 1,15% ucuzlaşaraq 61,08 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,60 dollar və ya 0,92% enərək 64,65 dollar olub.
Dünya birjalarında NEFTİN QİYMƏTİ
09:08
21 Fev 2018