Dünya birjalarında neft bahalaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,64 dollar və ya 1,06% artaraq 61,24 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelə görə qiyməti 0,50 dollar və ya 0,78% artaraq 64,86 dollar olub.